Accessibility links

Tramp Mülleri siyasi ayrı-seçkilikdə ittiham edir


ABŞ prezidenti Donald Tramp xüsusi prokuror Robert Müllerə hücum edərək, onu Trampın 2016-cı il prezident seçki kampaniyasının Rusiya ilə əlaqələrini və prezidentin istintaqın qarşısını almaq üçün ədaləti əngəlləyib-əngəlləmədiyini araşdıran istintaqda siyasi ayrıseçkilik etməkdə ittiham edib.

"Nə üçün Müllerin komandasında 13 qatı demokrat, əli-əyri Hillari Klintonun bəzi tərəfdarları var, amma heç bir respublikaçı yoxdur? Bir başqa demokrat bu yaxınlarda bunun ədalətli olub-olmadığını sual etdi,” deyə Tramp bu həftə sonu demokrat namizəd Hillari Klinton üzərində əldə etdiyi qələbəsi və bu istintaqa qarşı mənfi düşüncələrini dilə gətirdiyi bir sıra tvittlərindən birində yazıb.

Lakin Tramp Müllerin bir zamanlar qeydiyyatdan keçmiş respublikaçı seçici olduğunu və Vaşinqtonda bitərəf prokuror imicinin olduğunu qeyd etməyib. Müllerin Tramp kampiyası ilə bağlı istintaqı demokratlar və yüksək səviyyəli respublikaçılar tərəfindən dəstəklənir. Bazar günü xəbər verilişlərində onlar Müllerin istintaqına dəstəkləni bir daha ifadə edib.

ABŞ lideri həmçinin Federal Təhqiqatlar Bürosunun (FBI) iki keçmiş rəsmisi, Trampın ötən may ayında vəzifəsindən kənarlaşdırdığı FBI-ın sabiq direktoru Ceyms Komi və cümə günü Trampın tələbi ilə baş prokuror Ceff Seşşins tərəfindən işdən çıxarılan sabiq direktor müavini Endrü MakKeybə hücum edib. Tramp Komi və MakKeybin Trampla görüşləri ilə bağlı tutduqları qeydlərin tamamilə uydurma olduğunu deyib.

Endrü MakKeyb, Ceff Seşşins və Rod Rozenstin
Endrü MakKeyb, Ceff Seşşins və Rod Rozenstin

Tramp deyib ki, “Endrü MakKeyblə az vaxt keçirdim, amma o mənimlə ikən heç nə yazmırdı. Mən onun daha geç bir tarixdə öz gündəminə yardım etmək üçün yazdığı yazılardan başqa hər hansı qeydlər tutduğunu düşünmürəm. Eyni şey yalançı Ceyms Komiyə də aiddir. Bəlkə biz onları Saxta Qeydlər adlandıraq?” Bir başqa tvittdə Tramp sabiq FBI direktorunu “müqəddəs Ceyms Komi” adlandırıb və onunla müqayisədə MakKeybin “xorda oxuyan balaca oğlana” bənzədiyini yazıb.

Seşşins MakKeybi vəzifəsindən onun təqaüdə çıxaraq, tam pensiyadan faydalana biləcəyi gündən bir neçə gün öncə uzaqlaşdırıb. Buna səbəb Ədliyyə Departamentinin daxilində “MakKeybin xəbər portallarına icazəsiz açıqlamalar verdiyinə və bir neçə dəfə qeyri-səmimi olduğuna dair” aparılan istintaq olub.

Ceyms Komi
Ceyms Komi

Tramp “Müllerin istintaqı heç vaxt başlamamalı idi, çünki nə seçki kampaniyası ilə Rusiya arasında hər hansı əlaqə nə də hər hansı bir cinayət olmuşdu. Bu istintaq saxta fəaliyyətlər və əli-əyri Hillari ilə Demokratların Milli Komitəsi tərəfindən maliyyələşdirilən və ABŞ-ın Xarici Kəşfiyyata Nəzarət Məhkəməsi tərəfindən düzgün istifadə edilməyən saxta sənədə əsaslanıb. İfritə Ovu!” deyə Twitter-də yazıb.

Trampın şəxsi vəkili Con Daun şənbə MakKeybi işdən çıxardığına görə, Seşşinsı tərifləyib və daha sonra xüsusi prokurora nəzarət edən baş prokurorun müavini Rod Rozenstinin Müllerin istintaqına son qoymasını təklif edib.

MakKeyb vəzifəsindən uzaqlaşdırılandan qısa müddət sonra prezident bu qərarı Twitterdə alqışlayıb və “Demokratiya üçün gözəl bir gün” adlandırıb.

Bazar günü Trampın ən böyük tərəfdarlarından biri olan cənubi karolinalı senator Lindsi Qraham CNN-ə deyib ki, "Müller işini heç bir müdaxilə olmadan etməlidir.” Qraham deyib ki, əgər Tramp Mülleri işdən çıxarmağa cəhd etsə, bu onun prezidentliyinə sonun başlanğıcı olacaq.” Bir digər respublikaçı konqresmen Trey Qoudi Fox News-a deyib ki, “Məncə prezidentin vəkili istintaqa bu şəkildə yanaşmaqla, əslində ziyan verir. Rusiya bizim ölkəmizə hücum edib, icazə verin xüsusi prokuror Müller bunu araşdırsın.”

Trey Qoudi
Trey Qoudi

Qoudi ötən həftə Rusiya ilə Tramp kampaniyası arasında əlaqənin olmadığına dair nəticəyə gələn əksəriyyəti respublikaçılardan ibarət Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin bir üzvü olub. Lakin televiziya verdiyi müsahibədə “Porkuror Mülleri lazım olduğu qədər zaman və müstəqilliklə təmin edib, işini görməsinə imkan vermək lazımdır,” deyib.

Vəzifədən kənarlaşdırılandan sonra verdiyi bəyanatda MakKeyb işdən çıxarılmasını “cəza” adlandırıb və deyib: “Mən Ceyms Kominin işdən çıxarılmasından sonra şahid olduğum hadisələr, oynadığım rol və gördüyüm işlər səbəbilə hədəf alınıb, bu cür rəftar olunuram.”

MakKeybin 50-yaşından bir gün öncə vəzifəsindən kənarlaşdırılması ona təqaüd baxımından minlərlə dollara bahasına başa gələcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG