Accessibility links

Tramp və Mun ABŞ-Şimali Koreya sammitinin qüvvədə saxlanılması yollarını müzakirə ediblər


ABŞ və Cənubi Koreya liderləri bazar günü yaxınlaşan ABŞ-Şimali Koreya sammitinin qüvvədə saxlanılması ilə bağlı müzakirə ediblər.

20 dəqiqə davam edən telefon danışığı zamanı Mun Cae-in və Donald Tramp 12 iyun tarixində Sinqapurda keçirilməsi planlaşdırılan və tarixi hesab edilən danışıqların baş tutmaya biləcəyi ilə bağlı Şimali Koreyanın xəbərdarlığı ilə bağlı fikir mübadiləsi aparıblar.

Prezident Munun mətbuat katibi Yun Yonq-çan bəyantla çıxış edərək bildirib ki, hər iki lider Şimali Koreyanın son addımları ilə bağlı fikirlərini bölüşüblər.

Tramp və Mun iki gün sonra - çərşənbə axşamı Vaşinqtonda görüşəcəklər.

Şimali Koreya keçən həftə Cənubi Koreyada ABŞ-la bərabər keçirilən hərbi təlimlər səbəbilə iyun sammitində iştirakdan imtina edəcəyi ilə bağlı hədələrini səsləndirib. Pxenyan bu təlimləri “işğal məşqi” adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG