Accessibility links

Tramp: Kanadanın NAFTA-da saxlanılmasına ehtiyac yoxdur


ABŞ prezidenti Donald Tramp şənbə günü Şimali Amerika Azad Ticarət Razılığında Kanadanın saxlanılmasına ehtiyacın olmadığını bildirib. Bununla bərabər, prezident Konqresə ticarət danışıqlarına müdaxilə etməməyi deyib və əks halda üçtərəfli paktı ləğv edəcəyi ilə xəbərdarlıq edib.

“Kanadanı yeni NAFTA sazişində saxlamağa heç bir siyasi ehtiyac yoxdur. Biz əgər onilliklər ərzində ABŞ-ın digərləri tərəfindən sui-istifadə olunmasına son qoya bilməsək, o zaman Kanada kənarda qalacaq.” – deyə Tramp öz Twitter hesabında yazıb.

Prezident əlavə edib ki, “Konqres danışıqlarda müdaxilə etməməlidir, əks halda mən NAFTA-nı bütövlüklə ləğv edəcəm və bununla da biz daha yaxşı vəziyyətdə olacayıq.”

Tramp cümə günü Konqresə Meksika ilə ikitərəfli saziş imzalamaq niyyətində olduğu haqqında məlumat verib. Bu, NAFTA-nın yenilənməsi ilə bağlı Kanada ilə aparılan davamlı danışıqların bir nəticə verməməsindən sonra baş verib.

Qanunvericilər xəbərdarlıq ediblər ki, Kanada sazişdə olmadığı halda Meksika ilə ikitərəfli ticarət sazişi Konqresin dəstəyini əldə etməyə bilər. Bu cür sazişin Konqress tərəfindən təsdiq edilməsi üçün demokratların dəstəyinə ehtiyac olacaq.

Tramp bazar ertəsi bildirib ki, Kanada NAFTA-nın yenilənməsinə razılıq verməsə, o, Kanada istehsalı avtomobillərə tariflər tətbiq edəcək.

XS
SM
MD
LG