Accessibility links

Tramp Cim Karolu növbəti "narkotik çarı" elan edəcək


Prezident Donald Tramp prezident aparatının sədr müavini Cim Karolu administrasiyanın “narkotik çarı” vəzifəsinə nominasiya etməyi planlaşdırır.

Ağ Evin mətbuat katibi Sarah Hakabi Sanders verdiyi bəyanatda Ağ Evin Karolun Milli Narkotik Maddələrə Nəzarət Siyasəti Ofisinə başçılıq edəcəyinə dair “tam etimadının” olduğunu bildirib.

Karolun ictimai səhiyyə sahəsində hər hansı təcrübəyə malik olub-olmadığı bəlli deyil.

Tramp dəfələrlə opioid epidemiyasına qarşı mübarizəni administrasiyasının əsas prioriteti adlandırıb. Lakin tənqidçilər onun məsələ ilə bağlı kifayət qədər iş görmədiyini deyir.

Karol administrasiyaya daxil olmadan öncə Ford Motor şirkətinin Vaşinqton məsləhətçisi rolunda çalışıb. O həmçinin Ədliyyə və Maliyyə nazirliklərində də işləyib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG