Accessibility links

Narahat NATO liderləri Trampın Brüsselə səfərini gözləyir [Video]


Keçən ay ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı əhval-ruhiyyəsinin dəyişdiyini bildirib.

“Mən demişdim ki, NATO köhnəlib. Amma, indi elə deyil.”

Seçki kampaniyası dövründə Tramp NATO üzvlərini dünya siyasətinə yanaşmasında milliyətçi və təcridçi olacağı haqqında xəbərdarlıq etmişdi.

“O, bu barədə azməlumatlı idi. Onun bugün nə qədər məlumatlı olduğunu aydın deyil, amma, 1949-cu ildən ABŞ-ın milli təhlükəsizlik siyasətində aparıcı rol oynamış alyansa qarşı olmağı əsaslandırmaq, asan iş deyil.”

Trampın baş müşavirləri prezidentin Brüsselə bu mesajı çatdıracağını deyirlər.

“Prezident anlayır ki, “Amerika maraqları birincidir” demək, Amerikanın tənha olması demək deyil. Əksinə, Amerikanın maraqlarının prioritetləşdirilməsi amerikalıların təhlükəsizliyini təmin edəcək alyansların və tərəfdaşlıqların möhkəmlənməsi deməkdir”

Buna baxmayaraq, Tramp bir məsələdə mövqeyini dəyişməyib. O təkid edir ki, NATO-nun bütün üzvləri məsrəfləri bərabər paylaşmalı və ümumi daxili məhsulun 2 faizini alyansa ödəməlidirlər.

“Sual bu sərmayənin gətirəcəyi faydalardadır. Sonra isə ölkələr büdcələrini buna uyğunlaşdırmalıdır. Onlar bu yaxınlarda lazımi sərmayələri etməyi başlayıblar. Sonra isə, təbii ki, sən çoxmillətli qüvvələri bir araya gətirib, onların vahid döyüş dəstəsi kimi fəaliyyət göstərməsinə nail olmalısan.”

NATO dəstəkçiləri deyir ki, Rusiyanın aqressivləşdiyi, Yaxın Şərqdəki xaos və Əfqanıstanda əks-terrosizm tədbirləri görüldüyü dövrdə müdafiə tərəfdaşlığı hər zamankından daha aktualdır. Onlar ümid edirlər ki, digər liderlər Brüssel görüşü zamanı prezident Trampı inandıra biləcəklər.

XS
SM
MD
LG