Accessibility links

Tramp İsrail-Fələstin sülh prosesi ilə bağlı ümidini ifadə edib


ABŞ prezidenti Donald Tramp deyib ki, o, İsrail və fələstinlilər arasında sülhə nail olunması üçün imkanın olduğuna əmindir. Tramp eyni zamanda, ABŞ-ın İranın nüvə proqramının qarşısının alınması məqsədilə əldə olunmuş razılıqla bağlı yeni narahatlıqlarını ifadə edib.

Tramp bu açıqlamaları İsrailin baş naziri Benyamin Netanyahu ilə BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində təkbətək görüş zamanı verib. Onun sözlərinə görə, “çox adam İsrail-Fələstin sülh razılışmasının imkansız olduğunu deyə bilər”, lakin "o bunun üçün bir şansın olduğunu" düşünür. ABŞ prezidenti sülh səylərinin gücləndirilməsinə söz verib.

“Mən həqiqətən də imkanımızın olduğunu düşünürəm. Fikrimcə, İsrail də bunu görmək istəyir, fələstinlilər də. Sizə onu da deyim ki, Tramp administrasiyası da bunu görmək istəyir”, o bildirib.

ABŞ prezidenti həmçinin 2015-ci ildə dünyanın qüdrətli dövlətləri və İran arasında Terhranın nüvə proqramının məhdudlaşdırması müqabilində iqtisadi sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan razılığa dair planlarla bağlı sualı cavablandırıb. “Yaxın zamanda bunu görəcəksiniz”, Tramp cavab verib.

Baş nazir Netanyahu razılığın əleyhinə çıxış edib.

Tramp administrasiyası İranın Yaxın Şərqdə hərbi təcavüzünü tənqid etsə də, Tehranın beynəlxalq razılığın şərtlərinə əməl etdiyini iki dəfə təsdiq edib. ABŞ, Rusiya, Çin, Fransa, Almaniya, Britaniya və Avropa İttifaqı ilə İran arasında əldə edilmiş razılığın şərtlərinə əməl olunması ilə bağlı yeni sertifikasiya üçün son möhlət gələn ay bitir.

İki lider arsında görüş zamanı Netanyahu deyib ki, Trampla uzun müddətdir dalana dirənmiş sülh səylərinin canlandırılmasını məsələsini müzakirə etməsini səbirsizliklə gözləyir. Lakin o eyni zamanda İranla bağlı narahatlıqlarını dilə gətirib.

XS
SM
MD
LG