Accessibility links

Donald Tramp Nevada kokusunun qalibi oldu [Video]


Donald Tramp Nevada kokusunun qalibi oldu
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Donald Tramp Nevada kokusunun qalibi oldu

Milyardçı Donald Tramp çərşənbə günü ABŞ-ın Nevada ştatında keçirilən Respublikaçıların kokusunda qalib gəlib.

Bu, Donald Trampın ard-arda üçüncü qələbəsidir. O daha öncə Nyu Hempşir və Cənubi Karolinada da qələbə çalıb.

Daşınmaz əmlak maqnatı nitqində tərəfdarlarına deyib ki, təhlilçilərin təxminlərinin əksinə olaraq o, “ölkənin dəstəyini qazanır.”

“Bu ölkənin insanları möhtəşəmdir. Mən sizi çox sevirəm. Unutmayın, Amerikanı yenidən güclü etmək lazımdır və biz bunu çox sürətli bir şəkildə edəcəyik. Hər kəsə bir daha təşəkkür edirəm”, deyə Tramp bildirib.

Donadl Trampın tərəfdarları onun Nevada kokusunda qələbəsini təntənə edir
Donadl Trampın tərəfdarları onun Nevada kokusunda qələbəsini təntənə edir

Florida senatoru Marko Rubio kokusda ikini yeri əldə edib, Texas senatoru Ted Kruz isə üçüncü. Hər ikisi Trampdan 20 faiz az səs toplayıb.

Ayova ştatında ilk seçkilərdə qalib gələn Kruz tərəfdarlarına Tramp üzərində qələbə çala bilən və ya ona qalib gələ biləcək yeganə namizəd olduğunu deyib.

“Əgər siz Donaldın Hillari ilə başa-baş gedə bilməyəcəyinə inanan 65 faiz respublikaçıdan birisinizsə, əgər siz inanırsınız ki, biz həqiqətən də mühafizəkar birinin namizəd olduğu seçkilərdə yaxşı nəticə əldə edirik, o zaman ilk dörd ştatda keçirilən seçkilər namizədlərin sayını azaldaraq, sizi dəqiq seçim imkanı ilə təmin edib. İndi siz, iki Vaşinqton insayderi ilə həqiqi mühafizəkar arasında bir seçim edə bilərsiniz", deyə o bildirib.

“Bu ölkənin insanları möhtəşəmdir. Mən sizi çox sevirəm. Unutmayın, Amerikanı yenidən güclü etmək lazımdır və biz bunu çox sürətli bir şəkildə edəcəyik. Hər kəsə bir daha təşəkkür edirəm”-Donald Tramp

Kruzun kampaniyası kokusdan əvvəl çətin həftə yaşayıb. O, Cənubi Karolinada yevangelist xristianların səslərini Trampa uduzub. Bundan əlavə o, seçki kampaniyasında rəqiblərinə qarşı çirkin taktikalardan istifadə etməkdə günahlandırılıb.

Kruz Rubionun İncili lağa qoyduğuna dair yalan ittihamların sosial media paylaşımına görə kampaniyasının məlumat üzrə menecerini işdən çıxarıb.

Keçmiş neyrocərrah Ben Karson və Ohayo qubernatoru Con Keysik isə gözlənildiyi kimi Nevada kokusunda aşağı nəticələr əldə ediblər.

Namizədlərin kampaniyasındakı növbəti mərhələ isə on ikidən çox ştatda praymeri seçkilərinin keçiriləcəyi “Super Tuesday”-dir.

XS
SM
MD
LG