Accessibility links

Trampın kabinet nominantları nəzərdən keçiriləcək


Donald Trampın yanvar ayının 20-də keçiriləcək inaqurasiyasından öncə ABŞ Senatı onun administrasiyasına nominasiya etdiyi şəxsləri nəzərdən keçirməlidir. Demokratlar nominantlardan razı olmasalar da, onların təyinatına mane olmaq iqtidarında deyil.

“Düşünürəm ki, bu, indiyə qədər görülməmiş ən yaxşı kabinet olacaq”- deyə Tpamp bildirib

Donald Tramp yaxın çevrəsini korporasiyalar, ordu, mühafizəkarlar və biznes tərəfdarı məmurlardan təşkil etmək istəyir.

Reks Tillerson: “Mən biznesmenəm.”

Tpampın nominantları arasında dövlət katibliyinə təklif etdiyi Exxon Mobilin icraçı direktoru Reks Tillerson qədər diqqət cəlb edən olmayıb.

Reks Tillerson: “15 illik əlaqəyə malik olduğum Vladimir Putin mənim biznesmen olduğunu başa düşür. Mən və mənim şirkətin Rusiyaya böyük investisiyalar yatırmışıq.”

Kris Kuns: “Biz suallarımızı Tillersona ünvanlayacağıq. Cavabların nə olacağını biləcəyik.”

Demokrat Kris Kuns Tillersonun nominasiyasını nəzərdən keçirəcək Senatın xarici əlaqələr komitəsinin üzvüdür.

“Respublikaçılar və demokratların Tillersona maraqların toqquşması ilə bağlı sualları var. Suallar onun Putin və Rusiya ilə yaxın əlaqələri, diplomat, neft və qaz şirkətinin rəhbəri təcrübəsinə malik olan bir şəxs kimi ABŞ-ın maraqlarını necə qoruyacağı barədədir."

“Təsdiq dinləmələrinin bəziləri çox gərgin olacaq. Bu, Trampın Konqreslə əlaqələrinin ilk sınağı olacaq”- deyə Brukinqs İnstitutundan Con Hudak bildirib.

Senatın respublikaçı üzvlərinin çoxu Trampın seçimlərinin tərəfdarıdır.

“İndiyədək bütün nominasiyalardan məmnunam. Onların təsdiq ediləcəyindən əminəm"- respublikaçı senator Mitç Makkonnel deyib.

Senatda respublikaçılar cüzi fərqlə üstünlük təşkil edir. Onlar arasında vəhdət olsa Trampın kabineti rahatlıqla təsdiq ediləcək.

Demokratlar isə eyni zamanda bəzi respublikaçıları fikirlərindən daşındırmaq və ictimai rəyi dəyişdirmək üçün təsdiq dinləmələrində ciddi suallar qaldıracaq. Konstitusiya senatorlara təyinatlarla bağlı məsləhət və razılaşdırma səlahiyyətləri verir. Demokratlar bu vəzifəni ciddi qəbul etdiklərini deyirlər.

Kris Kuns: "Amerika demokratiyasının əsas amillərindən biri qanunverici orqanla icraçı orqan arasında hakimiyyət bölgüsüdür."

“Senatda demokratlar 2-3 respublikaçının dəstəyi olmadan çox şey edə bilməzlər”- deyə Brukinqs İnstitutundan Con Hudak bildirib.

Tramp isə nominantlarını önə çəkməklə, Tillersonun ABŞ-ın dünyadakı maraqlarının dəyanətli qoruyucusu kimi təsvir edir.

XS
SM
MD
LG