ABŞ prezidenti dünyada milyonlarla insanı baharın gəlişi münasibəti ilə təbrik edib.
Novruzun köklərinin İrandan qaynaqlandığını qeyd edən Donald Tramp o ölkə xalqının mədəni irsi və iradəsini qoruması yolunda min illərlə mücadilə etdiyini bildirib.
Prezident deyib ki, 25 əsr öncə Dəryuş Allaha üz tutaraq İranı 3 bəladan-silahlı münaqişələr, quraqlıq və yalandan qorumağa çağırıb.
“Bu gün İran İslam Qvardiyası həmin 3 amili təcəssüm etdirir. Qvardiya nə adı, nə də əməlləri ilə İranı təmsil edir. Bu, İran xalqını soyan və xaricdə terrorçuluğu maliyyələşdirən bir təsisatdır. Qvardiya 2012-ci ildən bəri Suriya, İraq və Yəməndə terrorçuların dəstəklənməsinə xalqın sərvətindən 16 milyard dollar məbləğində vəsair xərcləyib. 10 il bundan əvvəllə müqayisədə İran xalqının 15 faizi yoxsulluğa məruz qalıb. İşsizlik 30 faiz təşkil edir. Adi iranlılar Novruz bayramını qeyd etmək üçün maddi imkana malik deyil”- deyə, ABŞ dövlət başçısı bildirib.
Donald Tramp qeyd edib ki, korrupsiyaya uğrayan İnqilab Qvardiyasının səriştəsizliyi quraqlıq və iqtisadi böhrana yol açıb.
O, İran xalqına qarşı respessiyalar və kiber-hücumlara görə İnqilab Qvardiyası və İran rejiminin məsuliyyət daşıdığını deyib.
Prezident Amerika xalqı adından iranlıların qaranlıqlarına Yeni İl bayramında işıq saçmasını, sülh və firavanlığın yeni günlərini diləyib.