Accessibility links

Tramp Amerikanın nüvə qabiliyyətini gücləndirəcəyinə vəd verib


MSNBC-nin məlumatına görə, ABŞ-ın növbəti prezidenti statusunda “Qoy, silah yarışı başlasın. Biz onları hər addımda üstələyəcək, onlara üstün gələcəyik"-deyə yazıb.

Silah yarışı olmayacaq, çünki digər ölkələr özlərini yığışdıracaq

ABŞ-ın növbəti prezidenti Amerikanın nüvə qabiliyyətini gücləndirmək və genişləndirmək əzmində olduğunu bildirib.

Trampın mətbuat katibi Şan Spayser onun bu şərhindən sonra bildirib ki, silah yarışı olmayacaq, çünki digər ölkələr özlərini yığışdıracaq.

Trampın açıqlaması Rusiya prezidenti Vladimir Putinin bunabənzər bəyanatından sonra səslənib. Putin deyib ki, Rusiyanın nüvə cəbbəxanaları böyüdülməlidir.

Şan Spayser
Şan Spayser

Rusiya prezidenti Vladimir Putin ilin yekubnlarına dair mətbuat konfransında Trampın dediklərinin süçkiqabağı kampaniyaları zamanı verdiyi şərhlərdən fərqlənmədiyini bildirib.

Putin deyib ki, AŞ güclü orduya malik olsa da o, Amerikanı potensial təcavüzkar kimi görmədiyini və Rusiyanın diqqətini hər bir nüvə müdafiə sitemini hədəf ala biləcək rakerlətə yönəldib.

Vladimir Putin
Vladimir Putin

"Biz strateji nüvə qüvvəmizin hərbi potensialını gücləndirməliyik. Xüsusilə də bütün mövcud və gələcəkdə salınacaq müdafiə sistemlərinə daxil ola biləcək raket kompleksimizi" - deyə Putin bildirib.

Rusiyanın 2016-cı ildə hərbi kampaniyaları barədə çıxışı zamanı Rusiyanın dövlət başçısı deyib ki, genişlənmə bütün hərbi hədələrin neytrallaşdırılması mahiyyəti daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG