Accessibility links

ABŞ admiralı Trampın əmri ilə nüvə hücumuna hazır olduğunu deyib


ABŞ-ın Sakit okeanı flotiliyasının komandiri prezident Donald Tramp göstəriş versə, gələn həftə Çinə qarşı nüvə hücumuna hazır olduğunu deyib. Admiral Skott Svift Avsraliyanın Milli Universitetində ABŞ-Avstraliya birgə hərbi təlimlərdən sonra fərzi sualları cavablandırmalı olub.

Prezident Donald Tramp göstəriş versə, gələn həftə Çinə qarşı nüvə hücumuna hazırdırmı sualının cavabında “Bəli” deyib.

“ABŞ ordusunun hər bir üzvü konstitusuyamızı xarici və daxili düşmənlərdən müdafiə və ABŞ prezidentinin baş komandan kimi bütün əmrlərinə riayət edəcəyinə and içib” - deyə Svift bildirib.

ABŞ-ın Sakit okeanı flotiliyasının kapitanı Çarli Braun deyib ki, Sviftin cavabı ordu üzərində mülki nəzarət prinsipini təsdiqləyib.

“Admiral suala vəd kimi cavab verməyib. O, ordu üzərində mülki nəzarət olduğunu diqqətə çatdırmağa çalışıb. Sualın məqsədi isə gülüncdür”- deyə Braun sözünə davam edib.

Talisman Saber ABŞ-Avstraliya birgə hərbi təlimlərində USS Ronald Reagan də daxil edilməklə, 36 təyyarədaşıyan gəmi və 220 hərbi gəmi, habelə 33 min hərbi personal iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG