Accessibility links

Donald Tramp artıq Nyu-York sakini olmadığını deyir


Birləşmiş Ştatlar prezidenti Donald Tramp artıq New-York sakini olmadığını bəyan edib.

Bu barədə məlumatı əvvəlcə “New York Times“ qəzeti verib. Donald Tramp bu xəbəri cümə axşamı gecə bir neçə tvitlərində təsdiqləyib və artıq Florida ştatının Palm Beach şəhərinin sakini olmaq qərarına gəldiyini bildirib.

“... Hər il şəhər, dövlət və yerlilərdə milyonlarla dollar vergi ödəməyimə baxmayaraq, həm Nyu-York şəhərinin, həm də ştatının siyasi rəhbərləri mənə qarşı çox pis rəftar edib“ - deyə, Tramp tvitter səhifəsində yazıb.

Vergi ilə bağlı məlumatlarını paylaşmaqdan imtina etdiyi üçün Trampın Nyu-York vergilərinin miqdarı bəlli deyil.

Belə görünür Nyu-York qubernatoru Endrü Kuomo Trampın ünvanını dəyişməsindən o qədər də narahat olmayıb.

“Əla bir qurtuluş. Cənab Tramp burada hər halda vergi ödəmirdi. Florida, o artıq tamamilə sənindir” - deyə, qubernator tvit edib.

Ştat meri Bill de Blazioda “Xoş getdin!“ - deyə, bildirib.

Tramp və həyat yoldaşı Melaniya sentyabr ayında Palm Beach Dairə Məhkəməsinə ünvanının Palm Beach-dəki Mar-a-Laqo Club-a dəyişdirilməsinə dair ərizə ilə müraciət etmişdi.

Müşahidəçilərin fikrincə, prezidentin Nyu-Yorkdan Florida ştatına köçməsinin səbəbi bu cənub-şərq ştatında vergilərin az olmasıdır.

Şərhlərə bax

XS
SM
MD
LG