Accessibility links

Tramp ağ irqçiləri qınayıb


ABŞ prezidenti seçilmiş Donald Tramp New York Times qəzetinin əməkdaşları ilə görüşür
ABŞ prezidenti seçilmiş Donald Tramp New York Times qəzetinin əməkdaşları ilə görüşür

Prezident seçilmilş Donald Tramp New York Times qəzetinin əməkdaşları ilə görüşündə onu dəstəkləyən elektoratın bir hissəsini təşkil edən ağ irqçilər (supermatistlərin) “alt-rayt”-(alternativ sağlar) hərəkatını qınayıb.

“Mən bu qrupu aktivləşdirmək istəmirəm, bu qrupu rədd edirəm” New York Times qəzetinin müxbiri Meqqi Haberman Donald Trampdan sitat gətirərək Twitter səhifəsində yazıb.

Tramp özünü üç gün öncə Ağ Evdən bir qədər aralı keçirilən tədbirdə natsi şüarları ilə çıxı edən ağ millətçilərdən uzaq tutmağa çalışır.

Trampın New York Times qəzetinin qərargahında müxbirlərlə söhbəti onun Tvitter səhifəsində dəfələrlə tənqidlərə məruz qoyduğu qəzetdə görüşünü təxirə saldığını yazmasından sonra baş tutub.

Görüş çərşənbə axşamı qəzetin ofisində keçirilməli idi, lakin Tramp səhər görüşü təxirə saldığını elan etmişdi.

”Mən New York Times-a bugünkü görüşümü onun şərtlərinin son dəqiqə dəyişdirilməsindən sonra təxirə saldım. Yaxşı deyil.”-deyə Tramp Twitter səhifəsində yazıb.

Bundan bir neçə dəqiqə sonra yazdığı yeni mesajda Tramp qəzetin əməkdaşlarının onun fəaliyyətini “yanlış şəkildə və mənfi tonda işıqlandırdığını” iddia etməsinə baxmayaraq, başqa bir görüşə nəhayət qərar verdiyini bildirib.

Görüşün təxirə salınmasından öncə qəzet redaksiya heyətinin Trampla görüşünün bazar ertəsi televiziya kanallarındakı müsahibələrindən fərqli olaraq yazıya alınacağını bildirmişdi.

New York Times qəzetinin sözçüsü Aylin Mörfinin sözlərinə görə, qəzetin əməkdaşları çərşənbə günü səhər Trampın Twitterdə mesajını görməyənə qədər görüşün təxirə salındığını bilmirdi. “Biz görüşün şərtlərini dəyişməmişik və buna səy göstərməmişik. Onlar bunu dünən etməyə çalışaraq, görüşün qapalı xarakter daşımasını və yazılmamasını istəyib. Biz buna razı olmaqdan imtina etdik. Nəhayət biz onlarla əvvəlki plana əsasən müxbirlər və köşə yazarları ilə yazıya alınmayan görüşə razı olduq”-deyə o əlavə edib.

Tramp ikinci gündür 18 ay sürən seçki kampaniyası dövrü tənqidlərə məruz qoyduğu kütləvi informasiya vasitələri ilə görüşlərini davam etdirir.

Bazar ertəsi günü tanınmış tele aparıcılarla görüşü zamanı Tramp onların prezident seçki kampaniyasını işıqlandırmasını tənqid edərək, onun prezidentliyə demokrat namizəd Hillari Klinton üzərində qələbə çala bilməsi ehtimalın vaxtında görməməkdə günahlandırıb.

Jurnalistlərlə görüş keçən həftə media hüquqlarını müdafiə təşkilatlarının Trampı “uzun zamandır mövcud ənənəni” saxlamağa və onun prezidentlik fəaliyyətini işıqlandırmaq üçün mətbuat azadlığını təmin etməyə çağırmasından sonra keçirilir.

18 təşkilatın daxil olduğu qrupun Trampa ünvanladığı açıq məktubda o, prezidentin fəaliyyətləri və hərəkətlərini işıqlandıran müxbirlər korpusunun saxlamağa və xəbər mediası üçün müntəzəm olaraq mətbuat brifinqləri keçirməyə çağırılır.

“Mətbuat korpusunun bizim ölkə üçün əhəmiyyəti oduqca böyükdür. Bu ölkənin vətəndaşları prezidentin nə etdiyi haqda məlumat almalıdır, belə ki onların həyatı bundan asılıdır”-deyə məktubda bildirilir.

Kütləvi informasiya vasitələrinin yeni seçilmiş prezidentin fəaliyyətini işıqlandırması imkanı ilə bağlı narahatlıqlar Trampın jurnalist korpusu olmadan Nyu Yorkda öz iqamətgahını tərk edib ziyafətə getdiyi zaman yaranıb.

Kampaniyası dövrü Trampın jurnalistlərə qarşı qəzəbli ifadələr işlətməsi, ya da xəbər agentliklərinin onun çıxış etdiyi tədbirlərə buraxılmaması kimi hallar müşahidə edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG