Accessibility links

Tramp və Obamanın xarici siyasət mirası [Video]


Tramp və Obamanın xarici siyasət mirası
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Donald Tramp heç zaman öz sələfinin xarici siyasətini tənqid etməkdən çəkinməyib.

“Məlumdur ki, bizə əvvəlki hökümətdən problemlər miras qalıb”

Amma son günlərə qədər Trampın Barak Obamanın xarici siyasətində dəyişikliklər etməsinin şahidi olmamışdıq.

İndi isə, biz Trampın İranı kəskin tənqid etdiyini, ABŞ-ın Paris İqlim Sazişindən çıxartdığını görürük. Hər iki mövzu Obamanın xarici siyasətdə əsas uğurları hesab edilir.

“Heç kimə sir deyil ki, indiki administasiyada özündən əvvəlkilərinin siyasətinə qarşı iş görəndə xal qazanırsan.”

Obama administasiyasında ətraf mühit siyasətinə cəlb olunmuş Kristi Qoldfas 2015-ci ildə əldə edilmiş Paris iqlim razılaşmasını sabiq prezidentin əsas nailiyyətlərindən biri olduğunu deyir. 195 ölkə tərəfindən imzalanmasına baxmayaraq ki, bu saziş, Konqres tərəfindən ratifikasiya edilməmişdi. Bu isə, həmin sazişi çox həssas edirdi.

Bu, həm də Obamanın İranla əldə etdiyi nüvə razılşamasına da aiddir. Tramp həmin razılaşmanı tənqid etsə də, hələlik bu istiqamətdə bir addım atmayıb.

Obamadan qalan başqa həssas xarici siyasət nailiyyəti, təbii ki, Kuba ilə yaxınlaşmadır. Yeni administrasiya sabiq prezidentin Kuba siyasətini gözdən keçirir.

Heç kim bu dəyişikliklərin necə nəticələnəciyini bilmir. Amma bir şey aydındır ki, Trampa həmin siyasətləri dəyişməsinə heç nə mane olmur. Bu sözləri ABŞ-Kuba Ticarət və İqtisadiyyat Şurasından Con Kavuliç deyir.

“Bunu etmək üçün ona sadəcə qələm və mürəkkəb lazımdır. İndiyədək gördüyümüz kimi, o qələmləri çox sevir.”

Seçki kampaniyası dövründə Tramp Kuba ilə bağlı kəskin mövqedə olduğunu nümayiş etdirib.

Ağ Ev rəsmiləri heç bir qərarın istisna edilmədiyini, amma Trampın diqqətinin hal-hazırda daxili məsələlərə yönəldiyi bildirirlər.

Çoxları düşünür ki, Obamanın siyasətlərinin dəyişdirilməsi davam edəcək.

“Mən güman edirəm ki, 8 il ərzində əldə edilən uğurları təhlükəyə salacaq dəyişikliklərin edilməsi prosesi davam edəcək. Belə görünür ki, bu, yeni administrasiya üçün prioritetdir və onlar bu istiqamətdə görülən işləri durdumaq fikrində deyillər.”

Təbii ki, Obamanın siyasətlərini dəyişən Tramp bunu birtərəfli edir. Bu isə o deməkdir ki, Trampdan sonra gələcək prezidentlər də onun gördüyü işləri dəyişdirə biləcəklər.

XS
SM
MD
LG