Accessibility links

Tramp Obamanı "bacarıqsız prezident" adlandırıb


Birləşmiş Ştatlar prezidenti Donald Tramp onu ABŞ-da koronavirus pandemiyasına reaksiyasına görə tənqid edən sabiq prezident Barak Obamanı "səriştəsiz prezident" adlandırıb.

"Bu pandemiya nəhayət cavabdeh insanların çoxunun nəyə qadir olduqları ilə bağlı fikirlərə aydınlıq gətirdi" - deyə, Barak Obama şənbə günü kollec məzunlarına canlı yayımlanan nitqində heç kimin adını çəkmədən bildirib.

Bazar günü Obamanın şərhi ilə bağlı ona verilən sualın cavabında Tramp belə deyib: "O, səriştəsiz bir prezident idi. Yalnız onu deyə bilərəm ki, çox bacarıqsız idi."

Təqribən 1,5 milyon təsdiqlənmiş yoluxma, 90 min ölüm halı ilə Amerika Birləşmiş Ştatları koronavirus pandemiyasının qlobal mərkəzinə çevrilib. Tənqidçilər ölkə rəhbərliyini koronavirusun yeni yayılmağa başladığı vaxt ona məhəl qoymamaqda və vəziyyəti ağırlaşdırmaqda günahlandırır.

Bazar günü ABŞ-ın səhiyyə rəsmiləri hökumətin uğursuz siyasətinə dair iddiaları rədd edib.

"Bu, daha pis, çox pis ola bilərdi" - deyə, səhiyyə və sosial xidmətlər naziri Aleks Azar CNN xəbər agentliyinə bildirib.

Onun sözlərinə görə, Amerika son 2 ay ərzində tibb işçilərinin qayğıya ehtiyacı olan xəstələrə baxmasına imkan yaradaraq, koronavirusa yoluxma hallarının qarşısının alınmasında uğurlu olub.

Tramp isə Twitter səhifəsində "Səhiyyə baxımından KoronaVirus məsələsini həqiqətən həll edə bilirik. Bunu bacaracağıq" - deyə, yazıb.

Prezident bazar ertəsi günü qubernatorlar və sənaye liderləri ilə ölkənin açılışı məsələsini müzakirə etməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG