Accessibility links

Tramp Macarıstanın baş naziri Viktor Orbanla görüşəcək


Mayın 13-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Macarıstanın baş naziri Viktor Orbanla görüşəcək. Konqresmenlərdən bəziləri bu görüşün təxirə salınmasına çağırırdı.

Millətçi lider olan Orban anti-immiqrasiya kampaniyası və məhkəmə islahatlarına görə Avropa İttifaqı ilə ziddiyyətlər yaşayır. Onun ABŞ-ın keçmiş demokrat prezidenti Barak Obama administrasiyası ilə də toqquşmaları olub. Tənqidçilər Orban hökumətinin demokratik dəyərləri eroziyaya uğratdığını bildirirlər.

Tramp-Orban görüşündən öncə Konqresin bir qrup respublikaçı və demokrat üzvü Macarıstanın “geriləyən demokratik trayektoriyası” na görə narahatlığını dilə gətirib.

Mayın 10-da Trampa göndərdikləri məktubda senatorlar NATO üzvü olan Macarıstanla Rusiya arasında sıx əlaqələrdən narahatlıq ifadə edib. Onların fikrincə, Macarıstan enerji mənbələrini Moskvadan ayıraraq diversifikasiya edə bilməyib, Rusiyanın ABŞ sanksiyalarından yayınmaqdan ötrü viza sistemindən sui-istifadəsinə imkan verib.

Məktubu imzalayanlar arasında Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş və qurumun aparıcı demokratı Bob Menendez də olub.

Ancaq administrasiyanın aparıcı rəsmisi jurnalistlərə deyib ki, Orbanın səfəri Tramp hökumətinin Mərkəzi və Şərqi Avropa ilə əlaqələri yenidən qurmaq strategiyasının tərkib hissəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG