Accessibility links

Tramp ABŞ-ın Paris sazişindən çıxdığını bəyan edib


ABŞ prezidenti bu gün Ağ Evdə danışarkər terrorizmlə mübarizənin vacibliyini qeyd edib. Donald Tramp eyni zamanda onun hakimiyyətə gəldiyi müddət ərzində Amerikada iqtisadi inkiaşafın müşahidə edildiyini, çoxsaylı iş yerlərinin açıldığını vurğulayıb.

ABŞ dövlət başçısı əməyinin bəhrəsinin yaxın zamanda üzə vuracağını bildirib. O buna misal kimi şirkətlərin xaricə köçməsinə imkan verilmədiyini deyib.

Prezident deyib ki, saziş Amerikanın maraqlarına xidmət etmir. O, sazişin şərtlərinə əsasən istixana qazlarının məhdudlaşdırılmasının Amerikada şirkətlərin bağlanmasına və bununla da çoxsaylı iş yerinin, ailələrin illik gəlirlərindən 7 milyon dollar itirəcəyini deyib.

Tramp Amerikanın Paris iqlim sazişindən çıxacağını bildirib.

ABŞ-da çoxsaylı mətbuat orqanları Donald Trampın Paris iqlim sazişindən çıxmaq qərarına gəldiyi barədə məqalələr dərc edib. Bu addım Obama erası siyasətini dəyişdirərək, respublikaçıları razı sala, müttəfiqləri isə qəzəblədirə bilər.



Tramp qərarının qəti olmadığını deyib, Tweet hesabında yekun qərarını bir neçə gün ərzində elan edəcəyini bildirib.

Xəbər 22 respublikaçı senatorun Trampa mıktub ünvanladıqları vaxta təsadüf edir. Senatorlar prezidenti Paris sazişini tərk etdiyini açıq söyləməyə çağırıb. Məktubda sazişdə qalmağın gələcəkdə məhkəmə riskini artıracağı və Obama erası qaydalarının ləğvində çətinliklər yaradacağı vurğulanıb.

196 ölkə qlobal istiliyə qarşı mübarizəyə dair razılığı 2015-ci ildə əldə edib.

Razılığa əsasən qlobal temperaturda artım dərəcəsi iki selsidən aşağı olmalıdır. Bununla yanaşı yoxsul ölkələrə iqlim sahəsində 100 milyard dollarlıq investisiya ayrılması və hər beş ildə prosesin gedişatı nəzərdən keçirilməlidir. Bu, 1997-ci ildə əldə olunmuş Kyoto Protokolundan sonra ən əhatəli razılaşmadır.

XS
SM
MD
LG