Accessibility links

Media: Tramp Paris iqlim müqaviləsindən çıxır


President Donald Trump speaks to U.S. military troops at Naval Air Station Sigonella, Italy, May 27, 2017
President Donald Trump speaks to U.S. military troops at Naval Air Station Sigonella, Italy, May 27, 2017

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatları 2016-cı Parisdə iqilm dəyişikliyinə dair keçmiş prezident Barak Obamanın imzaladığı müqavilədən çıxarmağa hazırdır. Bu haqda Amerika mediası məlumat verir.

ABŞ-da qərargahlanan Axios vebsaytı Trampın qərarı haqda məlumatı olan Ağ Evin rəsmilərinə istinadən ilk olaraq bu haqda məlumat verib. Saytın məlumatına əsasən, Tramp müqavilədən çıxmaq haqda qərar verib və ətraf mühit agentliyinin administratoru Skott Pruitt bunun detalları üzərində işləyəcək.

Mediada xəbərlərin yayılmasından sonra Tramp Tvitter səhifəsində növbəti bir neçə gün ərzində öz qərarını açıqlayacağını bildirib.

Müqavilədə Yer kürəsində temperaturun artmasının qarşısının alınması və iqlim dəyişikliyinin təsirinin azaldılması nəzərdə tutulur.

Tramp Böyük Yeddilərin sammitində dünyanın digər ölkələrinin liderləri ilə görüşdə razılığa dəstək verməkdən imtina edib. Amerika prezidenti əvvəllər də iqlim dəyişikliyinin çinlilər tərəfindən bir uydurma olduğunu deyib.

Prezident Trampın ABŞ-ı müqavilədən çıxarması ölkəni bu təşəbbüsdə iştirak etməyən dünyanın iki ölkəsi-Suriya və Nikaraqua ilə bir sıraya qoya bilər.

Bu qərar razılığın həyata keçirilməsinə də təsir göstərə bilər. Belə ki ABŞ Çindən sonra dünyada karbon-dioksid tullantılarının havaya atıldığı ikinci ən böyük ölkədir. Eyni zamanda müqavilənin şərtlərinə əməl olunması dünyanın böyük ölkələrinin karbon tullantılarının azaldılmasına hazırlığından asılı olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG