Accessibility links

Donald Trampın öz şəxsi cib telefonundan istifadə etməsi qınanılır


Donald Tramp öz şəxsi cib telefonundan istifadə edərək, dünya liderlərini ona birbaşa zəng vurmağa çağırır. Bu, qeyri-adi çağırış diplomatik protokola zidd olduğu üçün ciddi təhlükəsizlik və kəşfiyyat narahatlqılarına səbəb olub.

Tramp Kanada və Meksika liderlərində bunu istəyib. Sabiq kəşfiyyat rəsmisinin bildirdiyinə görə, bu təklifdən hələ ki, təkcə Kanadanın baş naziri Castin Trudo istifadə edir.

Tramp Fransa prezidenti Emmanuel Makronla da telefon nömrələrini mübadilə edib.

Onlar Makronun qələbəsindən dərhal sonra telefon söhbəti aparıb.

Rəsmi belə bir açıqlama verməyə səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyib.

Prezidentlər adətən bir neçə təhlükəsiz telefon xətlərindən istifadə edir. Tramp həttə hökumətin verdiyi cib telefonundan istifadə etsə belə bu, təhlükəsiz deyil.

"Açıq xətdə danışırsınızsa, söhbəti asanlıqla dinləmək olar" - Bunu Pentaqonun sabiq müşaviri Derek Şollet bildirib.

Bu təcrübə Trampın ikiüzlülükdə günahlandırılmasına yol açıb. O, seçkiqabağı kampaniyaları zamanı demokrat rəqibi Hillari Klintonun dövlət katibi vəzifəsində ikən şəxsi email-dən istifadə etdiyinə görə tənqid edib.

Prezidentlərin xarici liderlərlə danışıqları əvvəlcədən planlaşdırılır. Bunun üçün söhbətin yazısı hazırlanır. Bu yazılar daha sonra arxivləşdirilir.

Ev Ev Trampın dünya liderləri ilə söhbətinin rekordlarına dair sualı cavablandıra bilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG