Accessibility links

Tramp istefada olan pilotların geri cağırılması sərəncamını imzalayıb


ABŞ prezidenti Donald Tramp xüsusi sərəncam imzalayaraq, pilotların çatışmazlığı probleminin həlli məqsədilə Hərbi Hava Qüvvələrinə istefada olan 1000-ə yaxın pilotu həqiqi xidmətə geri çağırmaq imkanı verdi.

Pentaqon sözçüsü Hərbi Dəniz Donanması komandiri Qari Ross deyib ki, Hərbi Hava Qüvvələrində 1,500-ə yaxın pilot çatışmazlığı mövcuddur.

“Pilotların çatışmazlığı ölkə səviyyəsində həm hökümət, həm də kommersiya sektorlarında üzümüzə gələn illərdə çətinliklərimizdən biri olacaq.” - deyə Ross bildirib.

Mövcud qanunvericiliyə görə, Hərbi Hava Qüvvələri yalnız 25 pilotu geri çağıra bilər. Trampın sərəncamı Hərbi Hava Qüvvələri və digər hərbi strukturlar üçün bu məhdudiyyəti aradan qaldırır.

Ross deyib ki, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri katibinin 1000-ə qədər istefada olan pilotu üç il müddətə qədər geri çağırmasını gözləyir.

Hərbi Hava Qüvvələri uzun illər ərzində pilotları vəzifələrində saxlamaqda çətinlik çəkirdi. Belə ki, həmin pilotların kommersiya hava yollarında çalışaraq daha çox məvacib almaq imkanları var. Bu səbəbdən Hərbi Hava Qüvvələri pilotların maaşlarını və stimullarını artırıb və hava yolları şirkətləri ilə çıxış yolunu axtarmaq istiqamətində işlər görür.

Hərbi Hava Qüvvələri ABŞ-ın İslam Dövlətinə qarşı döyüşlərinin önündə olublar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG