Accessibility links

Donald Trampın həyat yolu [Video]


Donald Trampın həyat yolu
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Yanvarın 20-də and içdikdən sonra ABŞ prezidenti olacaq Donald Tramp yüksək profilli, qüdrətlə müşayiət olunan karyerasının növbəti mərhələsinə daxil olacaq.

Donald Trampın Ağ Evə yolu iyun ayında Nyu-Yorkdakı mehmanxanaya girişi kimi təntənəli olmayacaq.

Mən rəsmən ABŞ prezidentliyi yarışlarına qatılıram. Biz Amerikanı yenidən möhtəşəm edəcəyik.

Donald Tramp: "Mən rəsmən ABŞ prezidentliyi yarışlarına qatılıram. Biz Amerikanı yenidən möhtəşəm edəcəyik."

Heç vaxt ictimai vəzifələrdə çalışmayan biznesmen ABŞ-ın 45-ci prezidenti kimi xidmət göstərəcək.

Nyu-Yorkun Kvins rayonunda dünyaya gələn Tramp daşınmaz əmlak biznesi ilə məğul olan zəngin bir ailədə böyüyüb. Ona ilkin təsiri atası Fred göstərib.

Politoloq Bart Rissi: "Atası avtoritar, tələbkar və əsl boss idi. Əlbəttə onun bəzi xüsusiyyətləri Donalda keçib."

Tramp Klintonla ilk debatda salamlaşır. Hoftsra Universiteti, Nyu York. 26 sentyabr, 2016.
Tramp Klintonla ilk debatda salamlaşır. Hoftsra Universiteti, Nyu York. 26 sentyabr, 2016.

Tramp gənc yaşlarında dünyanın ən böyük daşınmaz əmlak bazarı Manhattendə uğur qazanmağa başlayıb.

Onun ən böyük nailiyyəti Tramp qülləsinin inşası olub. Tramp şəxsi brendi ilə yanaşı daha sonra kampaniyasına yardım edən medianı reklam edib.

Vəkil Eduard Mermelşteyn: “Nyu-Yorkda bizneslə məşğul olmaq çox güclü bir şəxsiyyət, güclü motivasiya tələb edir. O, əsl Nyu-York biznesmenidir.”

İflasa uğrayan kazinolar, daşınmaz əmlak bazarında tənəzzül, Tramp univresitetində fırıldaqçılıq ittihamları, 3 dəfə evlilik, 2 boşanma, kampaniyasında böyük rol oynayan 5 uşaq və şəxsi həyatı kimi hallar onun biznes fəaliyyətləri qədər diqqət mərkəzində olub.

Hillari Klinton və onun 2008-ci il kampaniyası doğum mübahisələri ilə başlamışdı. Mən ona son qoydum.

2000-ci illərdə “The Donald” TV şousu və prezident Obamanın Amerikada doğulmadığını deməsi və daha sonra inkar etməsi də diqqət mərkəzinə çıxmışdı.

Donald Tramp: "Hillari Klinton və onun 2008-ci il kampaniyası doğum mübahisələri ilə başlamışdı. Mən ona son qoydum."

16 respublikaçı opponent arasından qalıb çıxan Trampın mesajları seçicilərin resonansı ilə qarşılandı.

Onun meksikalılarla bağlı şərhləri qəzəbə səbəb olub.

Donald Tramp: "Onlar narkotiklər, kriminal gətirməklə yanaşı, həm də təcavüzkardırlar.”

Və müsəlmanlar

Donald Tramp: “Hillari Klintonun fəlakətli mühacirət planı ölkəmizə daha artıq radikal müsəlmanı cəlb edir. Bu, təkcə ictimaiyyət üçün deyil, həyat üçün təhlükədir.”

Və qadınlar….

Hillari Klintonun fəlakətli mühacirət planı ölkəmizə daha artıq radikal müsəlmanı cəlb edir. Bu, təkcə ictimaiyyət üçün deyil, həyat üçün təhlükədir.

Seçkilərdə qələbəsindən sonra Tramp tonunu bir qədər yumşaldıb. Lakin onun dedikləri Amerika icmasına və ABŞ-ın beynəlxalq müstəvidəki yerinə təsiri inaqurasiyadan sonrakı fəaliyyətlərindən asılı olacaq.

XS
SM
MD
LG