Accessibility links

ABŞ prezidenti Mariya qasırğasının dağıtdığı Puerto-Rikodadır


ABŞ prezidenti Mariya qasırğasının dağıtdığı Puerto-Rikodadır.

Tramp deyib ki, mən həyatımda belə ağır işləyən insanlar görməmişəm. O, bunları Milli Hava Qvardiyası bazasının rəsmiləri ilə görüşü zamanı deyib.

Prezident federal orqanlar və hərbi qüvvələri adanın bərpası işlərinə görə təqdir edib, lakin əldə edilən inkişaflardan danışmayıb.

ABŞ dövlət başçısı səfəri çərçivəsində San-Xuanın meri Karmen Yulin Kruz da daxil edilməklə, siyasi liderlələ görüşəcək.

Prezident deyib ki, mer Vaşinqtonun fəlakətə cavab verməsinə dair fikrini dəyişib. O, görülən işləri yüksək qiymtləndirərək, merin bununla razılaşdığını bildirib.

Donald Tramp görüləcək işin hələ box olduğunu etiraf edib.

Mariya qasırğası şiddətli yağışlarla Puerto-Rikonu təsirinə məruz qoyub. İşiqlar kəsilib, bir çox yeri daşqınlar basıb, bir nəfər həlak olub.

Son 90 ildə ABŞ ərazisi olan Puerto-Rikoda bu, ən şiddətli təbii fəlakət hesab edilir. Qasırğanın vurduğu ziyanın dəyəri milyonlarla ölçülür.

XS
SM
MD
LG