Accessibility links

Trampla Putin G20 sammitində iki dəfə görüşüb


U.S. President Donald Trump meets with Russian President Vladimir Putin at the G-20 Summit, July 7, 2017, in Hamburg. Trump and Putin met for more than two hours.
U.S. President Donald Trump meets with Russian President Vladimir Putin at the G-20 Summit, July 7, 2017, in Hamburg. Trump and Putin met for more than two hours.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin bu ayın əvvəli Almaniyada keçirilən Böyük İyirmilik Sammitində ikinci dəfə danışıqlar apardığı bildirilir. Amma administrasiya bu məlumatı daha öncə mətbuata bildirməyib.

Çərşənbə axşamı Ağ Ev rəsmiləri ikinci danışıqların dünya liderləri və xanımları üçün təşkil olunmuş şam yeməyində baş tutuduğunu təsdiq edib.

Danışıqlar zamanı nələrin müzakirə olunduğu ilə bağlı məlumat verilməyib.

Prezident Tramp Twitterdə Putinlə gizli şam yeməyi yediyinə dair xəbərləri inkar edib.

Trampla Putin arasında ilk görüş iki saatdan çox davam edib. Tramp deyib ki, görüş zamanı Putin Rusiyanın ötən il ABŞ seçkilərinə müdaxiləsini inkar edib.

ABŞ kəşfiyyat agentlikləri isə Rusiyanın seçkilərə müdaxiləsinə dair şübhənin olmadığı deyir.

Xüsusi prokuror Tramp kampaniyasının bu məsələ ilə bağlı Rusiya ilə işbirliyi edib-etmədiyini müəyyən etməyə çalışıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG