Accessibility links

Tramp: Putin Obamadan daha güclü liderdir


ABŞ prezidentliyi uğrunda mübarizə aparan Respublikaçı namizəd Donald Tramp deyib ki, Rusiyanın kiber hücumlar vasitəsinə ABŞ seçki sisteminə müdaxilə etməsi iddiaları ona inandırıcı görünmür.

Trampın sözlərinə görə, Kremlin ABŞ seçki sistemini hədəf almağa yönəlik haker hücumlarında iştirakı şansları çox azdır. O, bu sözlərinə Rusiya dövlətinin maliyyələşdirdiyi RT Amerika telekanalına müsahibəsi zamanı deyib.

Müsahibədə daha sonra Trampın Rusiya prezidenti Vladimir Putini tərifləyən sözlərinə yer verilib. Tramp Putini ABŞ prezidenti Barak Obamadan daha güclü lider kimi təqdim edib.

Trampın bu fikirləri Amerika siyasətçiləri, eləcə də demokrat rəqibi Hillari Klintonun sərt tənqidləri ilə üzləşib. Xanım Klinton daha əvvəl də Tramp kampaniya təşkilatını Rusiyanın biznes maraqları ilə yaxın əlaqələrini ifşa etməklə tanınır.

Rusiya prezidenti Vladimir Putin Bloomberqə verdiyi müsahibədə ABŞ Demokrat Milli Komitəsinin (DNC) hesablarına kiber hücumla Rusiyanın heç bir əlaqəsinin olmadığını bildirmişdi.

"Baxın, məlumatları kimin ələ keçirdiyinin nə önəmi var? Vacib olan ictimaiyyətə verilən məlumatdır" - deyə Vladimir Putin bildirib.

Məlumatların ictimailəşməsi ilə DNC sədri və ABŞ qanunvericisi Debbi Vasserman Şultz DNC-dəki səlahiyyətlərindən istefa vermişdi.

"Mən bu barədə heç nə bilmirəm və dövlət səviyyəsində Rusiya heç zaman belə bir iş görməyib" - deyə Putin bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG