Accessibility links

Tramp: Putinlə Parisdə çox güman görüşə bilməyəcəyik


Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib ki, çox guman ki, Rusiya prezidenti Vladimir Putinlə gələn həftə Parisdə görüşməyəcək.

“Bir heç nə müyyən etməməşik. Biz bunun düzgün yer olduğunu bilmirik. Mən Parisə başqa səbəblərə görə səfər edirəm”-deyə Tramp bildirib.

Lakin Tramp Putinlə bu ayın sonunda Buenos-Ayresdə keçiriləcək Böyük 20-lərin sammitində görüşməyi planlaşdırdığını bildirib.

Kreml tərəfindən Parisdə görüşün keçirilməsinə müsbət yanaşma göstərilib . Bununla belə, Rusiya mediası hökumət sözçüsünə istinadən bildirib ki, Fransada keçirilən tədbirlər çərçivəsində iki prezident arasında mühüm görüşlərin keçirə bilməsi mümkün görünmür.

“Birinci Dünya Müharibəsinin 100 illiyi ilə əlaqədar keçirilən çoxtərəfli tədbirlərin formatı iki prezidentin mühüm görüşlər keçirməsinə imkan vermir”-deyə, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya mediasına bildirib.

Lakin Peskov deyib ki, iki prezident Fransada bir-birini görmək və qısa söhbət zamanı gələcək görüşləri müzakirə etmək imkanına malik olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG