Accessibility links

Ortamənzilli Nüvə Silahlarının İxtisarına dair müzakirələrdə heç bir irəliləyiş əldə edilməyib


Rusiya və Birləşmiş Ştatlar Vaşinqtonun 1987-ci ildə nüvə silahlarının ixtisarı ilə bağlı əldə edilən müqavilədən geri çəkilməsi ilə bağlı danışıqlarda heç bir irəliləyiş əldə edilmədiyini bildirib. ABŞ Moskvanınn müqavilənin şərtlərini pozdugunu bildirir.

Ortamənzilli Nüvə Silahlarının İxtisarına dair otuz il əvvəl əldə edilən müqaviləyə əsasən, quruda 500 və 5 min 500 kilometrlik məsafəni qət edə bilən bütün nüvə raketlərinin istehsalı, yerləşdirilməsi və sınaqdan keçirilməsinə qadağa nəzərdə tutulur.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Rusiyanın şərtləri pozduğuna görə fevralın 2-də müqaviləni ləğv edə bildiyini bəyan edib.

Rusiya prezidenti Vladimir Putin keçən ay müqavilənin ləğvinin yeni silah yarışının başlaması demək ola biləcəyini bildirib.

Putin eləcə də, Ortamənzilli Nüvə Silahlarının İxtisarına dair müqaviləyə başqa ölkələrin də qoşulması, ya da müzakirələrin yeni mərhələsinın aparılmasına açıq olduğunu deyib.

XS
SM
MD
LG