Accessibility links

Tramp-Putin sammitindən gözləntilər böyükdür [Video]


Tramp-Putin sammitindən gözləntilər böyükdür
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Tramp-Putin sammitindən gözləntilər böyükdür

ABŞ və Rusiya prezidentlərinin görüşü Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Bu şəhər 1997-ci ildə Bill Klinton və Boris Yeltsin arasında keçirilən görüşə də ev sahibliyi etmişdi.

Yerli sakinlərin qarşıdan gələn sammit barədə fikirləri müxtəlifdir.

"Əvvəla mən onların görüşəcəyinə görə sevincliyəm. Çünki, hazırda onların ayrı-ayrılıqda danışdığı məsələlər adamı biraz qorxudur. İndi isə onlar bu məsələləri bir-biri ilə danışa biləcəklər.’’

"Biz buna iki od arasında qalmaq deyirik. Bu o qədər də sakitləşdirici vəziyyət deyil.’’ - deyə, helsinki sakinləri bildirib.

Ağ Ev və Kreml cümə axşamı, eyni vaxtda zirvə görüşünün baş tutacağı ilə bağlı təsdiq məlumatını paylaşıb. Bundan bir gün öncə isə prezident Tramp bildirmişdi ki, artıq Putinlə baş tutacaq görüşün təşkilinə başlanıb.

"Düşünürəm ki, bu insanlarla görüş yaxşı şeylər vəd edir. Çin prezidenti Şi ilə əla görüşümüz oldu. Olduğum hər yerdə mənim möhtəşəm görüşlərim olub. Yəqin ki, bu görüşün də pozitiv nəticəsi olacaq.’’ - deyə, Tramp qeyd edib.

Tramp ikitərəfli görüşün əsas müzakirə mövzularının Ukrayna və Suriya olacağını bildirsə də, müzakirələrin detalları haqqında məlumat verməyib. Rusiyanın BMT-dəki diplomatik nümayəndəsi bildirib ki, bu görüş ABŞ tərəfinin çoxsaylı mövzularda danışıqlara ehtiyac duyulduğunun fərqində olduğunu göstərir.

"Bu təkcə iki ölkənin yox, bütün dünyanın arzusudur. Dediyim kimi, əgər görüşün sonunda hər hansı razılıq əldə olunsa bununla da yalnız iki ölkə yox, bütün dünya daha rahat nəfəs alacaq.’’ - deyə, səfir Vasili Nebenzia bildirib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını zəbt etməsi ABŞ-Rusiya münasibətlərində gərginlik yaratmışdı. Bunun nəticəsində isə Rusiya G7 sammitindən kənarlaşdırılmışdı. Bundan əlavə iki ölkə həm də Suriya müharibəsinə iştirak edən müxtəlif tərəfləri dəstəkləyir.

ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü senatorlarla keçirilən görüşdə Trampın Rusiya ilə bağlı mövqeyini açıqlayıb.

"Prezident dərindən inanır ki, Rusiyanın vacib geostrateji müzakirədə iştirakı mühümdür və tarix boyu da belə olub. Mən özümüm tanıyandan bizim Rusiya ilə münasibətlərimizi hər zaman pis olub.'' - cənab Pompeo qeyd edib.

Donald Tramp isə hətta prezident olmadan əvvəl Rusiya ilə daha yaxşı münasibətlərin qurulmasına dair çıxışlar edirdi.

XS
SM
MD
LG