Accessibility links

Donald Tramp Putini sanksiyalara cavab vermədiyinə görə alqışlayıb [Video]


Donald Tramp Putini sanksiyalara cavab vermədiyinə görə alqışlayıb
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Donald Tramp Putini sanksiyalara cavab vermədiyinə görə alqışlayıb

Rusiya prezidenti Vladimir Putin cümə axşamı ABŞ prezidenti Barak Obamanın tətbiq etdiyi sanksiyalara cavab olaraq ABŞ diplomatlarını ölkədən çıxarmayacağını deyib. ABŞ prezidentliyinə yeni seçilmiş Donald Tramp isə bunu “gözəl addım” adlandırıb.

Əla addımdır. Mən hər zaman onun çox ağıllı olduğunu bilirdim.
Donald Tramp

“Əla addımdır. Mən hər zaman onun çox ağıllı olduğunu bilirdim” deyə Donald Tramp Tvitter səhifəsində yazıb.

Bu şərhlə o, Rusiya prezidenti Vladimir Putini Rusiyanın doqquz kəşfiyyat agentliyinə qarşı tətbiq edilən sanksilayara cavab tədbiri görməkdən yayındığına görə alqışlayıb.

Hakimiyyətdən getməsinə üç həftə qalmış Obama administrasiyası sanksiyaları Moskvanın 2016-ci il prezident seçkilərinə müdaxiləsinə görə tətbiq edib.

Bundan əlavə, Obama 25 rus kəşfiyyat agentinin ölkədən çıxması üçün onlara 72 saat verib və Merilend və Nyu-Yorkda Rusiya hökümətinə məxsus olan iki istirahət kompleksini bağlayıb.

Amerikanın Səsinə danışan Erik Lorber deyir ki, Tramp asanlıqla sanksiyaları ləğv edə bilsə də, o, Vaşinqtonun dəstəyini almaq kimi çətinliklə qarşılaşır.

Tramp
Tramp

“Qanuna uyğun olaraq, Tramp ilk günündə belə bir imza ilə sanksiyaları ləğv edə bilər. Siyasi baxımdan isə bu çətin olacaq, çünki administrasiya həmçinin FBI və Milli Təhlükəsilzik Nazirliyindən rus xakerlərinin seçki prosesinə müdaxiləsi ilə bağlı əlavə dəlillər açıqlayıb”, deyə o bildirir.

Xarici işlər naziri Sergey Lavrovun cavab tədbiri çağırışına baxmayaraq, Putin Ağ Evə yeni adminstrasiya gəlməyənədək cavab verməyəcəyini deyib.

Rusiya üzrə ekspert Ariel Kohen deyir ki, Putin növbəti prezident Donald Trampa mesaj göndərir.

Ağ Ev bu sanksiyaların Amerikanın Rusiyanın seçkiyə müdaxiləsinə son reaksiyasının olmadığını bildirir. Əlavə tədbirlər görüləcək, amma bu haqda ictimaiyyətə açıqlama verilməyib.

XS
SM
MD
LG