Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya pezidenti Vladimir Putinlə telefon söhbəti aparıb. İki lider arasında danışıqlar Rusiya prezideninn Suriya prezidenti Bəşar Əl-Əsədlə Suriyada yeddi ilə yaxındır gedən müharibəyə son qoyulması üçün siyasi həll yollarını müzakirə etməsindən bir gün sonra keçirilib.
Tramp və Putin keçən həftə Vyetnamda Cənubi Asiya ölkələrinin sammiti çərçivəsində bir neçə dəfə qeyri-rəsmi şəkildə görüşüb. 400 mindən çox insanın həyatını itirməsi və milyondan çox insanın döyüşlərə görə evlərini tərk edərək qaçqın vəziyyətinə düşməsinə səbəb olan müharibədən sonra Suriyanın gələcəyi müzakirə edilən məsələlərdən biri olub.
Kremlin bildirdiyinə görə, Əsəd Putinlə Suriyaya dair təklifləri müzakirə etmək üçün Soçiyə dəvət edilib. Bu görüş Putinin çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə zirvə görüşündən öncə keçirilib.
Rusiya Əsəd rejiminə onu hakimiyyətdən salmağa çalışan qüvvələrə qarşı 2015-ci ildə başladığı hava hücumları ilə dəstək verib. Dəməşq habelə İran tərəfindən dəstək alıb. Türkiyə isə Suriyada müxalif qüvvələri dəstəkləyib.
Hakimiyyətdə gücü təmin edilmiş Əsəd Putinə “Rusiyanın bizim ölkəni xilas etmək üçün gördüyü bütün səylərə görə” təşəkkürünü bildirib.
Kremlin bildirdiyinə görə, Putin Əsədə deyib ki, “Rusiyanın hərbi əməliyyatları sona çatır. Rusiya ordusu sayəsində Suriya bir dövlət kimi qorunub. Suriya vəziyyəti sabitləşdirmək üçün çox işlər görülməlidir.”
Putin Əsədi terrorizmin məğlub edilməsi münasibətilə təbrik edib.
BMT-nin başçılığı ilə Suriyaya dair sülh danışıqları Cenevrədə noyabrın 28-nə təyin edilib.