Accessibility links

Tramp Putinlə görüşüb


ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş bu gün baş tutub.

Liderlər bağlı qapılar arxasında keçirilən görüşdən əvvəl əl verib, müxbirlərin sullarına məhəl qoymayıb.

Tramp görüşdən sonra bildirib ki, Rusiya prezidenti ilə müxtəlif mövzularda müzakirələr aparıb. O, gələcək inkişafların hər iki ölkə üçün əlverişli olacağını bidlrib.

“Mən Rusiya və Amerika üçün pozitiv işlər görüləcəyini səbirisziliklə gözləyirəm” - deyə Tramp görüşdən əvvəl nikbinliyini nümayiş etdirmişdi.

Tramp və Putin Almaniyanın Hamburq şəhərində Böyük 20-lərin sammiti çərçivəsində görüşüb.

ABŞ prezidenti dünən Avropada ilk və mühüm nitqi ilə çıxış edib.

Bundan əvvəl Donald Trump polşalı həmkarı Andrzej Duda ilə görüşüb.

Polşa prezidenti bildirib ki, görüşdə Şərqi Avropa və ümumilikdə regionda təhlükəsizlik məsələləri, həmçinin bu il Belarusda keçiriləcək “Zapad-2017” hərbi təlimləri müzakirə olunub.

Duda bildirib ki, Donald Trump Polşanın təhlükəsizliyi haqda çox ciddi düşünür.

O, ABŞ-ın Polşanın loyal müttəfiqi olduğunu vurğulayıb.

Artıq Polşaya ABŞ-dan ilk sıxılmış qaz tankeri gəlib.

Bundan başqa tərəflər iyulun 6-da Varşavada ABŞ istehsalı olan “Patriot” raket sistemləri alınması ilə bağlı memorandum imzalayıb.

Donald Tramp deyib ki, Qərbin maraqları hücumlar altındadır. O, insanların bununla mübarizə aparmaq niyyətini sual edib.

Bizim dəyərlərimizi nəyin bahasına olursa, olsun müdafiə istəyimiz varmı?

Polşanın paytaxtı Varşavada danışan ABŞ dövət başçısı deyib ki, hazırda Qərb qarşısında velə bir sual dayanır: xilas olmaq istəyirsinizmi?

"Bizim dəyərlərimizi nəyin bahasına olursa, olsun müdafiə istəyimiz varmı? Sərhədlərimizi qorumaqla vətəndaşlarımıza ehtiram nümayiş etdirmək istəyirikmi?" - prezident sözünə davam edib.


Tramp deyib ki, biz xalqımızı sevən, bizim dəyərlərimizi bölüşən insanlara həmişə qapımızı açıq saxlayacağıq. Amma terrorizm bu qapıdan keçməyəcək.

ABŞ prezidentinin çıxışı 5 min nəfərlik auditoriyayanın sürəkli alqışları ilə qarşılanıb.

Tramp deyib ki, o, müsəlman ölkələri terrorizm təhlükəsini aradan qaldırmağa çağırıb.

Amerikalı seçicilərin çoxu prezident Donald Trampın altı müsəlman ölkəsindən vətəndaşların ABŞ-a səfərlərinə qoyduğu qadağanı dəstəkləyir. Bunu POLITICO və Morning Consult şirkərinin keçirdiyi yeni sorğu göstərir.

Qadağaya əsasən, İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən 90 gün ərzində yeni vizaların verilməsi və 120 gün müddətinə qaçqınların yerləşdirilməsi proqramı dayandırılır.

Tramp Polşanın Rusiya qazından asılığına son qoyacağını və o ölkənin ABŞ-dan qazla təminatının artırılacağına vəd verib.

Şimali Koreyaya gəldikdə isə prezident Pxenyana qarşı ölçülər götürüləcəyi ilə hədələyib.

XS
SM
MD
LG