Accessibility links

Donald Tramp Vladimir Putinlə ABŞ seçkilərinə müdaxiləni müzakirə edib


ABŞ prezidenti Donald Tramp bazar günü Rusiya prezidenti Vladimir Putini Rusiyanın ötən il ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı ehtimalların olduğuna görə güclü tənqid edib və indi Moskva ilə konstruktiv işləməyin zamanının çatdığını deyib.

Almaniyanın Hamburq şəhərində Böyük 20-lik sammitindən sonra Vaşinqtona qayıdan prezident Trump Tvitter şərhlərində Putinin seçkilərə müdaxilə etməsi barədə iddiaları qəti şəkildə rədd edib.

Lakin Ağ Ev-in heyət başçısı Reins Pribus Fox News kanalına Trampın Putinin seçkilərə müdaxiləsini inkar etməsinə tamamilə inanmadığını deyib.

“Prezident görüşə gələr-gəlməz dərhal Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi məsələsini qaldırdı. Və daha sonra görüş əsnasında iki müxtəlif anlarda bir daha həmin mövzuya qayıdıb. Bu sadəcə beş dəqiəlik söhbət olmayıb. Bu mövzu görüşün geniş hissəsini əhatə edib. Və prezident bu mövzuya iki və hətta üç dəfə qayıtdıqdan sonra digər mövzuları müzakirə edib” – deyə Reins Pribus bildirib.

Prezident və onun rusiyalı həmkarı gələcəkdə seçkilərin təhlükəsizliyi üçün birgə kiber təhlükəsizlik birliyi yaratmağı müzakirə edib.

Senator Lindsi Qraham da daxil olmaqla bəzi respublikaçı qanunvericilər Trampın Rusiya ilə kiber təhlükəsizlik barədə əməkdaşlığını tənqid edib.

Lakin bazar gününün sonu Tramp kiber təhlükəsizlik birliyinin qeyri real olduğunu düşündüyünü bildirib.

XS
SM
MD
LG