Accessibility links

Tramp-Putin görüşünün baş tutacağı gözlənilir


ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Hamburqda Böyük 20-lərin sammitində görüş zamanı, 7 iyul 2017
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Hamburqda Böyük 20-lərin sammitində görüş zamanı, 7 iyul 2017

Hələlik rəsmi məlumat verilməsə də, prezident Trampa yaxın mənbələr onun cümə günü Rusiya prezidenti Vladimir Putinlə Asiya-Sakit okean ölkələrinin iqtisadi sammiti çərçivəsində görüşəcəyinə işarə edir.

Əgər belə bir görüş olsa, əmin olmalıyıq ki, bunun bir mənası var.

ABŞ prezidentini Asiyanın 12 ölkəsinə səfəri zamanı müşayiət edən dövlət katibi Reks Tillersonun son açıqlamaları isə görüşlə bağlı ehtimalları daha da artırıb.

“Tamamilə aydındır ki, liderlər sammitdə bir araya gələcək. Onlar axırda bir tərəfə çəkilib danışsalar, burada qeyri-adi heç bir şey olmayacaq”, Tillerson bildirib.

Eyni zamanda, ABŞ-ın baş diplomatı görüşdə ikitərəfli münasibətlərin geniş müzakirəsinin gözlənilmədiyinə işarə edərək, görüşün nə dərəcədə əhəmiyyətli ola biləcəyi ilə bağlı sual verib.

ABŞ rəsmi nümayəndə heyəti Çində görüşlər keçirir. 9 noyabr, 2017.
ABŞ rəsmi nümayəndə heyəti Çində görüşlər keçirir. 9 noyabr, 2017.

“İki lider görüşsə, burada kifayət qədər əhəmiyyətli nə ola bilər? Hələlik bununla bağlı bir nəticə çıxarılmayıb. Əgər belə bir görüş olsa, əmin olmalıyıq ki, bunun bir mənası var”, Tillerson bildirib.

Rusiya tərəfin sözlərinə görə isə, görüşə hazırlıqlarla bağlı müzakirələr aparılır.

Kremlin müşaviri Yuri Uşakov Rusiyanın informasiya agenliklərinə deyib ki, iki lider Vyetnamda Asiya-Sakit okean ölkələrinin iqtisadi sammiti çərçivəsində görüşəcək. Reuters xəbər agentliyinə əsasən, bundan sonra Putinin sözçüsü Dmitri Peskov isə görüşün hələ mümkünlüyünün müzakirə olunduğunu deyib.

XS
SM
MD
LG