Accessibility links

Tramp Putinlə bir saatdan çox telefon müzakirəsi keçirib


Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinləə bir saatdan çox telefon müzakirəsi keçirib. Söhbət zaman yeni nüvə sazişi, Şimali Koreyanın nüvəsizləşməsi və Venesuelanın siyasi durumu müzakirə edilib.

Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Senders bildirib ki, Putin ABŞ, Çin və Rusiya arasında yeni çoxtərəfli nüvə sazişi əldə edilməsi və ya hazırkı sazişin müddətinin uzadılmasının mümkünlüyündən danışıb.

Sanders söhbət zamanı Rusiyanın 2016-cı ildə ABŞ seçkilərinə müdaxiləsinə dair Müller təhqiqiatı üzərində qısa müddət dayanıldığını bildirib.

"Onlar həm mövcud nüvə razılığı, həm nüvə razılığının müddətinin uzadılması və Çinlə mümkün danışıqlar məsələsini müzakirə edib" , Sanders bildirib.

XS
SM
MD
LG