Accessibility links

Səyahət qadağası ABŞ-da turizmə ziyan vura bilər [Video]


Səyahət qadağası ABŞ-da turizmə ziyan vura bilər
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Prezident Trampın səyahət qadağası geniş ictimai tənqidlər, etiraz nümayişləri və səs-küylü məhkəmə işlərinə səbəb oldu.

Britaniya vətəndaşı, riyaziyyat müəllimi Cuhel Mia şagirdlərini ABŞ səfərinə müşaiyət etdiyi zaman təyyarədən çıxarılmışdı.

“Düşünürəm ki, mən hədəfə alınmışdım. Səbəbin mənim adımın, yoxsa görünüşüm olduğunu bilmirəm.”

Cuhel bu sərəncamın təsir etdiyi minlərlə insandan biridir. Onun fikrincə, bu hadisələr ABŞ-a səfər etmək istəyən Britaniya tələbələrinin və turistlərinin sayını azaldacaq.

“Mənim tanıdığım digər müəllimlər də şagirdlərini ABŞ-a aparmaqda qərarsızdırlar.”

Ekspertlər deyir ki, ölkəyə gələnlərin bu cür qarşılanması gələcəkdə ABŞ-a səyahət etmək istəyənlərin sayına təsir edəcək. Bunun turistlər üçün münasib məkanların artdığı dövrdə baş verməsi ikiqat problemdir.

Ekspertlər deyir ki, ölkəyə gələnlərin bu cür qarşılanması gələcəkdə ABŞ-a səyahət etmək istəyənlərin sayına təsir edəcək. Bunun turistlər üçün münasib məkanların artdığı dövrdə baş verməsi ikiqat problemdir.

ABŞ Turizm Assosiyasiyasından Patrisia Rohas-Unqarın dediyinə görə, turizm çox rəqabətli bir sahədir.

“Turistlərin seçimi boldur və hər hansı ölkə ilə bağlı kiçik bir narahatlıqları varsa, onlar asanlıqla digər yerə səyahət etmək qərarı verirlər.”

Turistlər digər ölkələrə getmək qərarı versələr, bu hər bir ABŞ ştatına təsir edəcək.

“Turizm ABŞ üçün vacib sahədir. Bu 2.1 milyard dollarlıq sənayedir və 15 milyon insanı işlə təmin edir.”

Rohas-Unqar ümid edir ki, Tramp administrasiyası ölkəyə səfər edən insanları daha yaxşı qarşılamasına diqqət göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG