Accessibility links

Tramp Qətərlə ərəb ölkələri arasında diplomatik mübahisələrə münasibət bildirib [Video]


Tramp Qətərlə ərəb ölkələri arasında diplomatik mübahisələrə münasibət bildirib
please wait

No media source currently available

0:00 0:02:14 0:00

ABŞ prezidenti Donald Tramp Qətərlə ərəb ölkələri arasında diplomatik mübahisələrə münasibət bildirib. Twitter sosial şəbəkəsində yazdığı bir neçə mesajda Tramp ekstremist qruplara yardım göstərilməsi ilə əlaqədar Qətərin regional təcridi səylərinə dəstək bildirib. Trampın bu bəyanatları Qətər ABŞ-ın regionda yaxın müttəfiqi olduğu üçün diqqət çəkib.

Donald Tramp keçən ay Qətərin əmiri ilə görüşün “xoş atmosferdə keçdiyini bildirmişdi.

“Biz dostuq, biz artıq uzun zamandır dost olmuşuq”, Tramp görüş zamanı bildirib.

İki müttəfiq adətən görüşləri belə təsvir edib. Buna görə də Trampın bir sıra ərəb ölkələrinin Qətəri təcrid etmək səylərinə dəstək bildirməsi təəccüblə qarşılanıb. Səudiyyə Ərəbistanı və daha üç ərəb ölkəsi İrana və islamçı esktremist qruplara dəstəklə əlaqədar bu həftə Qətərlə diplomatik münasibətləri kəsib və ölkələr arasında səfərləri dayandırıb. Qətər və onun qonşuları arasında uzun zamandır mövcud gərginliklər bununla ən yüksək həddə çatıb və bunun ABŞ üçün ciddi nəticələri ola bilər.

ABŞ-ın 11 mindən artıq hərbi kontingenti Qətərdə İslam Dövləti qrupuna qarşı mübarizədə mühüm rolu oynayan hərbi bazada yerləşir. Andreas Kriq Qətər hərbi qüvvələrinə təlim verir.

“Bu, çox böyük hərbi bazadır. Bu, Birləşmiş Ştatların Yaxın Şərqdə taktiki əməliyyatlara dəsək məqsədilə ən böyük hərbi bazasıdır. Əfqanıstan, İraq, Yəmən və Suriyada əməliyyatların çoxu bu bazadan aparılır. Bazanı əhəmiyyəti olduqca böyükdür. Əməliyyat otağı çox mühümdür”, o bildirib.

Amerikanın Səsinə müsahibəsində Kriq ABŞ-ın Qətərin təcrid edilməsi planını koordinasiya edib-etmədiyini sual edib.

Bununla yanaşı, Trampın milli təhlükəsizlik aparatının Qətərə qarşı sərt münasibətə dəstək verib-verməməsi ilə bağlı suallar mövcuddur.

“Hələlik müdafiə naziri, dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə müşavirin buna dəstək verib-vermədiyi aydın deyil. Bir az gözləmək lazımdır”, Pentaqonda müşavir Antoni Kordesman bildirib.

Pentaqon Amerikanın Səsinə təqdim etdiyi bəyanatda ərəb müttəfiqləri arasında fikir ayrılıqlarının mövcudluğunu qeyd edib, lakin eyni zamanda, Amerikanın hərbi mövcudluğuna uzun zamandır verilən dəstəyə görə minnətdarlıq bildirib.

Dövlət Departamentinin açıqlamasında da bu fikirlər öz əksini tapıb və Qətərin ekstremist qrupların maliyyələşdirilməsinin qarşısının alınması səylərində inkişaf qeyd edilib. Dövlət Departamenti daha artıq inkişafa ehiyac olduğunu vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG