“Qərbin müdafiəsi sonda təkcə bizim imkanlarımıza yox, həm də yaşamaq iradəmizə əsaslanır,” deyə ABŞ Prezidenti Donald Tramp Polşanın Varşava şəhərində izdiham qarşısında söylədiyi nitqdə Qərb sivilizasiyasının müdafiəsinə çağırıb.
Krasinski meydanında toplaşmış 10,000 insanın “USA” və “Tramp” sədaları altında Prezient Tramp Qərb dəyərlərinin əzəməti haqda danışıb.
Biz qanun aliliyinə dəyər veririk və söz azadlığını, ifadə azadlığını qoruyuruq. Biz hər şeyi debat edirik, biz hər şeyi sualla qarşılayır, hər şeyi bilməyə çalışırıq ki, özümüzü daha yaxşı anlayaq.
“Biz simfoniyalar yazırıq, biz ixtiralar edirik... Biz dühanı mükafatlandırırıq. Biz təkmilləşməyə can atır, Tanrını şərəfləndirən incəsənət əsərləri yaradırıq,” o, söyləyib. “Biz qanun aliliyinə dəyər veririk və söz azadlığını, ifadə azadlığını qoruyuruq. Biz hər şeyi debat edirik, biz hər şeyi sualla qarşılayır, hər şeyi bilməyə çalışırıq ki, özümüzü daha yaxşı anlayaq.”
Rusiya və Şimali Koreyaya sərt mesaj verən ABŞ lideri ölkəsinin NATO xartiyasının 5-ci maddəsi – bir müttəfiqə hücum hamıya hücum sayılır – prinsipinə sədaqətini ifadə edib.
“Zəmanəmizin başlıca sualı budur: Qərb sivilizasiyasının yaşamaq iradəsi varmı?”
Prezident Tramp ABŞ-la Avropa arasında tellərin möhkəm olduğunu bəyan edib.
“ABŞ təkcə sözdə yox, əməldə nümayiş etdirib ki, biz tam şəkildə Beşinci Maddənin arxasında dururuq.”
Almaniyada Böyük İyirmiliyin sammitində Rusiya prezidenti Vladimir Putinlə görüş ərəfəsində Tramp Moskvanı regionda bəd əməllərdən çəkinməyə çağırıb.
“Biz Rusiyanı Ukrayna və başqa yerlərdə destabilləşdirici fəaliyyətə, habelə Suriya və İran kimi mənfur rejimlərə dəstəyinə son qoymağa çağırırıq. Biz onları ümumi düşmənlərimizə qarşəı mübarizəyə qoşulmağa və sivilizasiyanı müdafiə etməyə səsləyirirk.”
Biz Rusiyanı Ukrayna və başqa yerlərdə destabilləşdirici fəaliyyətə, habelə Suriya və İran kimi mənfur rejimlərə dəstəyinə son qoymağa çağırırıq.
Səfərdə olduğu ölkəyə iltifat göstərən prezident Tramp Qərb sivilizasiyasının ayrılmaz parçası kimi hər zaman Polşanın yanına olacağını bəyan edib.
“Necə ki, Polşa sındırıla bilməz, Qərb də heç zaman sındırılmayacaq. Bizim dəyərlərimiz müzəffər olacaq, xalqlarımız çiçəklənəcək. sivilizasiyamız qalib gələcək.”