Accessibility links

Prezident Tramp azad edilmiş QHT işçisi ilə görüşdü


Misirli-amerikalı yardım işçsi 3 il həbsxanada keçirdikdən sonra azad edilməsinin ardınca Ağ Evdə Prezident Donald Trampla görüşüb.

Aya Hicazi və onun əri Məhəmməd Həsəneyn bu həftə onların yardım təşkilatlarına qarşı ittihamların qaldırılmasından sonra azad olunublar.

Ağ Evdə görüş zamanı Prezident Tramp yardım işçisinin ABŞ-a dönməsindən məmnun olduğunu bildirib.

Onların rəhbərlik etdikləri təşkilatın məqsədi Misirdə küçə uşaqlarına yardım göstərmək idi.

ABŞ və beynəlxalq insan haqları təşkilatlari onlara qarşı ittihamları sərt tənqid etmişdilər.

Bu ayın əvvəlində Prezident Tramp və Misir prezidenti Əbdel Fəttah əl-Sissi bu barədə danışmışdılar.

Ağ Ev rəsmi Qahirə ilə Hicazi, onun əri və əlavə dörd yardım işçisinin azad edilməsi istiqamətində müsbət nəticəli danışıqlar keçirib.

Bu ayın əvvəlində Prezident Tramp Ağ Evdə Misir prezidentini qəbul etmişdi.
Bu ayın əvvəlində Prezident Tramp Ağ Evdə Misir prezidentini qəbul etmişdi.

Ağ Evdə görüş zamanı Prezident Tramp yardım işçisinin ABŞ-a dönməsindən məmnun olduğunu bildirib.

Misirdə anadan olmuş Hicazi 2009-cu ildə Virciniyada yerləşən Corc Meyson Universitetini bitirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG