Accessibility links

Tramp Milli Qvardiyanın Vaşinqtonu tərk etməsinə göstəriş verib


ABŞ prezidenti Donald Tramp Milli Qvardiyanın 5 min əsgərinin Vaşinqtonu tərk etməsinə göstəriş verib. O, paytaxtın “mükəmməl nəzarətdə saxlandığını” bildirib.

“Onlar lazım olduqda tez bir şəkildə evlərinə qaytarılacaq. Ötən gecə gözlənildiyindən daha az nümayişçi küçələrə çıxıb!” - deyə, dövlət başçısı tvit edərək yazıb.

Milli Qvardiya qüvvələri şəhərdən çıxarılsa belə ABŞ-ın sabiq hərbi liderləri Trampın ötən həftə aktiv fəaliyyətdə olan 10 min əsgəri qüvvənin nümayişlərin yatırılması üçün yerli polis qüvvələrinə dəstək məqsədi ilə Vaşinqtona yerləşdirməsi xəbərinə etirazlarını bildirir.

ABŞ ordusunun 82-ci Hava Diviziyasının 1600 üzvü Vaşinqtona yerləşdirilsə də, onlar nümayişlərin dağıdılmasına cəlb edilməyib.

ABŞ-ın müdafiə naziri Mark Esper ötən həftə Trampla görüşü zamanı deyib ki, fəal qüvvələrdən yalnız son variant kimi istifadə edilə bilər.

Amerikanın baş prokuroru Vilyam Barr da eyni fikri dəstəklədiyini bildirib. Barr Trampın 10 min nəfərlik əsgəri qüvvədən istifadə fikrinin əlyhinə olduğunu və ötən bazar ertəsi zorakı qarşıdurmalardan sonra prezidentlə görüşü zamanı ona öz fikrini söylədiyini deyib.

Barr bildirib ki, prezident heç vaxt sıravi qüvvələrin şəhərə yerləşdirilməsini nə təklif edib, nə də istəyib. O, tarixdə zaman-zaman belə qüvvələrdən istifadə edildiyini desə də, hazırda buna ehtiyac olmadığından məmnunluğunu ifadə edib.

Mayın 25-də Corc Floyd Minneapolis şəhərində öldükdən bəri bir çox Amerika şəhərləri boyunca etiraz nümayişləri vüsət alıb. Floyd polis zabiti Derek Çauvinin onun boynunda dizini 9 dəqiqə saxladıqdan və Floyd ona nəsəf ala bilmədiyini dedikdən sonra ölmüşdü

Minlərlə insan paytaxt Vaşinqton, digər ABŞ şəhərləri və dünyanın bir sıra müxtəlif şəhərlərində küçələrə axışaraq irqçiliyə və polis zorakılığına etiraz edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG