Accessibility links

Prezident Tramp radio sükutunu saxlamaqdadır


Ağ Ev prezidentlərin son illərdir davam edən həftəlik radio müraciətlərinin qeyri-müəyyən pauzada olduğunu bəyan edib.

Amerikanın Səsinin gündəlik brifinq zamanı Ağ Evin mətbuat katibi Sara Hakkabi sandersə ünvanladığı sual bu haqda olub. Hakkabi Sanders deyib ki, biz şərhlər və rəylərdən belə bir qənaətə gəldik ki, həftəlik müraciətlərdən potensial istifadə edilmir.

“Biz müraciətlərin imtiyazları və daha informativ olması üçün müxtəlif üsulları nəzərdən keçiririk" - deyə Sanders bildirib.

Ağ Evdə son dəfə Donald Trampın radio müraciəti oktyabrın 13-də lentə alınmışdı. Administrasiyasının 9-cu ayınadək Tramp hər həftə müraciətlərini yayırdı.

Sanders yayımların və hazırkı prezidentin ən çox sevdiyi sosial platforma-Twitterə üstünlük verməsi sualı verilən yeganə insan deyil.

Prezidentin tarixçisi Mayk Pardinin dediyinə görə, prezident tez bir şəkildə hər hansısa xəbərə münasibət bildirir. O deyir ki, həftəlik müraciətlər Trampa istədiyi şəkildə şərh verməsinə mane olur.

Radio müraciətlər ənənəsi təməli1933- cü ildə prezident Franklin Ruzveltin iqtisadi depressiya dövründə qoyulub.

Ruzvelt Nyu-York ştatının qubernatoru kimi o zaman texniki inqilab sayılan radiodan müraciət edirdi.

Ənənə Ronald r Reyqan tərəfindən 1982-ci ildə bərpa edilmişdi. O, hər şənbə günü radio müraciəti ilə xalqa üz tuturdu.

Amerikanın Səsi bir sıra xəbər agentlikləri ilə əlaqə saxlayıb, prezident müraciətlərinin yayımlanması ilə maraqlanıb. Məlum olub ki, indiyədək dinləyicilərdən heç biri bununla bağlı nə sual, nə də şərh ünvanlayıb.

Filadelfiyada yerləşən KYW proqramının direktoru Stiv Batler bildirib ki, artıq efirdə səslənməyən müraciətlərə dair nə bir email, nə də telefon zəngi alıb.

Reyqan dövründən bəri bu ənənə davam edir. Yalnız. H.W. Buş 1990-1992-ci il ərzində cəmi 18 müraciət edtmişdi.

Tarixçi Daq Uead deyir ki, o zamanlar presidentin nəsə yanlış bir şey söyləməsindən ehtiyat edilirdi.

1984-cü ilin avqust ayının 13-də prezident səs səviyyəsi yoxlanarkən bunu demişdi: “Mənim dəyərli xalqım, mən bu gün bir fərman imzalamışam- Rusiyanı bir dəfəlik məhv etmək barədə. 5 dəqiqədən sonra bombalar işə düşəcək.”

Uead dyer ki, internet və mükəmməl mesaj sistemləri dövründə prezidentin radio müraciətinin bu qədər davam etməsi onu həqiqətən təəccübləndirir.

XS
SM
MD
LG