Accessibility links

Respublikaçıların nəzarətində Konqres qarşıda ilk vacib 100 günə hazırlaşır


Respublikaçıların nəzarətində yeni Konqres
please wait

No media source currently available

0:00 0:02:31 0:00

ABŞ prezidenti seçilmiş Donald Tramp prezidentliyə Vaşinqtonda hakimiyyətin bütün səviyyələrində respublikaçıların üstünlüyü kimi olduqca əlverişli bir şəraitdə başlayır. Respublikaçılar yeni 115-ci Konqresdə tibbi sığorta, vergi və büdcə islahatları kimi iddialı planlarını həyata keçirməyə çalışır.

Dekabr ayında Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayanın prezident seçilmiş Donald Trampla Nyu-Yorkda Tramp qülləsində görüşü birlik rəmzi kimi dəyərləndirilirdi.

Spiker Pol Rayan: “Biz 2017-ci ildə bu ölkəni yenidən yoluna qoymaq üçün işə başlayacağımızı həyəcanla gözləyirik!”

Yeni prezidentin uğuru bir neçə mühüm addımla ölçüləcək.

Amerika Sahibkarlıq institutunun təhliçisi Norm Ornşteyn: “Donald Tramp müdafiə xərclərinin artırılması və insfrastruktur planlarının maksimum icrası ilə bərabər vergilərin ciddi şəkildə ixtisarına çalışaraq hakimiyyətdə 100 günün sonunda qələbəsini elan edə bilsin.”

Vaşinqtonda vahid hökuməti hakimiyyətə gətirən seçicilər üçün uğur Trampın seçki kampaniyası zamanı mühacirət, iqtisadiyyatın gücləndirilməsi və iş yerlərinin açılması kimi verdiyi vədlərlə bağlı qanunların qəbul edilməsi demək olacaq.

Konqres Trampın andiçmə mərasimindən öncə fəaliyyətə keçərək, prezident Obamanın səhiyyə planını ləğv edəcəkmi?

Lakin Senatda demokratlardan yalnız kiçik üstünlüyə malik olan respublikaçılar Obamacare adı ilə tanınan populyar planın tam ləğvinə ehtiyatla yanaşıb, siyasi kapitalı başqa layihələrə saxlamağa çalışacaq.

Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell: “Senatda istəsələr işləri qarışdırmaq üçün kifayət qədər demokrat var, amma hansı məqama qədər?”

Senatda Trampın kabinetinə nominasiya etdiyi namizədlərin təsdiqi ilə bağlı dinləmələrdə hər iki partiyadan qanunvericilərin çoxunun hökumətdə iş təcrübəsi olmayan nominantlara dair ciddi suallar qaldıracağı gözlənilir.

Nümayəndələr Palatasında isə demokratlar spiker Pol Rayanın uzun müddətdir planlaşdırdığı təşəbbüslərə müqavimət göstərə bilər.

"Konqresdəki demokratlar və ölkə boyu milyonlarla ameriklı bunu çox aydın şəkildə deyəcək-tibbi sığorta proqramından əl çəkin"-deyə Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelozi bildirib.

Proqramların ixtisarı Trampın onları saxlamaq haqda vədin zidd ola bilər. Eyni zamanda, ticarət məsələsində o öz partiyasından müqavimətlə qarşılaşa bilər.

Amerika Sahibkarlıq institutunun təhliçisi Norm Ornşteyn: "Biz bilirik ki, Trampın söz verdiyi vədlərin çoxu respublikaçıların Konqresdə istədikləri üçün üst-üstə düşmür. Məsələ bundadır ki, onun istədiklərini etmədiyi üçün Konqresdən narazı Tramp öz icraedici hakimiyyətinin gücündən nə dərəcədə isifadə edəcək."

Bu sualın cavabı Respublikaçılar partiyasının sıralarındaTrampın prezidentliyinin ilk 100 günündən sonra da birliyin olub-olmyacağını müəyyən edəcək.

XS
SM
MD
LG