Accessibility links

CBS News kanalının yeni sorğusu prezident Donald Trampın reytinqinin Ağ Evdə olduğu beş ay müddətində ən aşağı səviyyəyə düşdüyünü göstərir.

CBS şirkətinin bildirdiyinə görə, amerikalıların 36 faizi Trampın işindən razıdır. Respondentlərin 57 faizi Amerika prezidentinin işindən narazı olduğunu bildirib. Aprel ayında prezidentin reytinqi 41-53 nisbətində olub.

Bu sorğunun nəticələri aparılan başqa sorğuların nəticələrinə yaxındır. Gallup institutunun son üç gün ərzində keçirdiyi sorğuya əsasən, prezidentin reytinqi neqativ 56-38 nisbətintədir. Quinnipeq universitetinin sorğusunda bu rəqəmlərin nisbəti 57-34 faiz kimi göstərilir. Bunlar arasında yalnız bir sorğu istisna təşkil edir. Rasmussen Reports prezidentin reytinqinin müsbət nəticələrini təqdim edib. Keçən həftə Trampın reytinqi 50-50 nisbətində göstərilib, lakin bazar ertəsi yenidən neqativ istiqamətdə 48-51 faizə enib.

CBS bildirib ki, Trampın reytinqlərinin aşağı olması Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı bir neçə təhqiqatın aparılması ilə əlaqədardır. Tramp bu təhqiqatları demokratların keçmiş dövləti katibi Hillari Klintonun seçkilərdə gözlənilməz şəkildə məğlub olmasına bəraət qazandırmaq üçün bir bəhanə adlandırıb. Hazırda ABŞ Konqresinin bir neçə heyəti tərəfindən təhqiqatlarla yanaşı, Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müllerin rəhbərlik etdiyi cinayət işi də aparılır.

CBS tele kanalı sorğunu son günlər keçirib. Şirkətin bildirdiyinə görə, respondentlərin yalnız 28 faizi Trampın Rusiya ilə bağlı təhqiqatlara münasibəti bəyəndiyini bildirib. Rspondentlərin 63 faizi prezidentin təhqiqata münasibətinə mənfi yanaşır. Amerikalıların əsas hissəsi, 56 faizi, Robert Müllerin təhqiqatı qərəzsiz aparacağına inanır və hesab edir ki, Tramp təhqiqatın qarşısını almaq üçün heç bir səy göstərməməlidir.

Bütün bunlarla yanaşı, tele şirkətin keçirdiyi sorğu göstərir ki, Tramp respublikaçılar arasında da dəstəyi itirir. Hazırda respublikaçıların 72 faizi Trampın işindən razılığını bildirir. Bu, aprel ayındakı göstəricidən 11 faiz aşağıdır. Demokratların yalnız 9 faizi Trampın işindən razılığını bidirib. Müstəqil seçicilər arasında bu rəqəm 35 faiz təşkil edir.

XS
SM
MD
LG