Accessibility links

Trampın reytinqi son 70 ildə ABŞ prezidentləri üçün ən aşağı səviyyədidir


Prezident Donald Trampın fəaliyyətindən narazı qalanların sayı onun işini bəyənənlərin sayından artıq olaraq qalır.

Washington Post qəzeti və ABC tele kanalının keçirdiyi birgə sorğuya əsasən, amerikalıların 59 faizi Trampın Ağ Evdə fəaliyyətindən narazıdır. Prezidentin fəaliyyətindən razı qalanlar isə 37 faiz təşkil edir.

Bu rəqəmlər Donald Trampın ABŞ prezidenti seçilməsinin ildönümünü ərəfəsi açıqlanır. Tramp prezident kimi vəzifəsinin icrasına yanvar ayında başlayıb.

Qəzetin bildirdiyinə görə, Trampın reytinqi 70 il ərzində prezidentlərin fəaliyyəti ilə bağlı rəy sorğularının keçirilməyə başlamasından sonra analoji dövrdə ən aşağı səviyyədədir.

ABŞ-da siyasi fikir ayrılıqlarının dərinləşməsinə bir işarə olaraq, Trampın işini dəstəkləməyən respondentlərin yarısı onun fəaliyyətindən olduqca narazı olduqlarını bildirib.

Washington Post qəzeti və ABC tele kanalının sorğusu Trampın fəaliyyəti ilə bağlı bu yaxınlarda keçirilmiş rəy sorğuları ilə uyğundur. Gallup təşkilatının cümə günü açıqladığı sorğunun nəticələrinə əsasən, amerikalıların 56 faizi Trampın fəaliyyətindən narazıdır, onu dəstəkləyənlər isə 39 faiz təşkil edir.

Aprel ayında Trampın hakimiyyətdə 100 günü tamam olduğu zaman onun fəaliyyətindən razı olanların 42 faiz təşkil etdiyi bildirilirdi. Lakin Washington Post qəzeti və ABC tele kanalının sorğusuna əsasən, hazırda bu göstərci azalaraq 35 faiz təşkil edir.

XS
SM
MD
LG