Accessibility links

Ruhani: Tramp administrasiyasının “maksimum təzyiq” kampaniyası uğursuzluğa düçar olub


İran prezidenti Həsən Ruhani Tramp administrasiyasının “maksimum təzyiq” kampaniyasını uğursuz adlandırıb. O, ABŞ-ın 2015-ci il nüvə sazişindən çıxmasından sontra tətbiq etdiyi sanksiyaları Vaşinqtonun "ümidsizliyinə" işarə olduğunu deyib.

Nyu-Yorka yola düşməzdən əvvəl müxbirlərlə danışan İran dövlət başçısı ABŞ və Səudiyyə Ərəbistanının Səudiyyənin neft obyektlərinə dron hücumu nəticəsində dəyən ziyanı şişirdiklərini bildirib.

Ruhani Tramp administrasiyasını regiona nəzarət cəhdində ittiham edib.

İran lideri əlavə edib ki, BMT-nin Baş Assambleyasının toplantısında sülh üçün regional əməkdaşlıq planını açıqlayacaq.

ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun İranla gərginliklərin diplomatik yolla həlli üzərində işlədiyini bildirib.

ABŞ Tramp administrasiyasının Yaxın Şərqə əlavə qüvvə yerləşdirmə qərarından sonra bildirib ki, qüvvələr Səudiyyə Ərəbistanının hərbi qabiliyyətini gücləndirməklə yanaşı, İranın əməllərini çətinləşdirəcək.

İran prezidenti Həsən Ruhani bazar günü İran körfəzinə xarici qüvvələrin yerləşdirilməsinin regionda sabitsizliyi artıracağı barədə xəbərdarlıq verib.

"Xarici qüvvələr xalqlarımız və regionumuz üçün problemlər yaradacaq" , İran dövlət başçısı dövlət televiziyası ilə çıxışı zamanı söyləyib.

Bir çox dünya lideri BMT-nin Baş Assambleyasının illik toplantısı çərçivəsində görüşlər keçirməlidir. Lakin ABŞ-İran müzakirələrinin baş tutacağı gözlənilmir.

ABŞ prezidenti Donald Tramp Ruhani ilə müzakirələr keçirmək niyyətində olmadığını deyib.

Ruhani isə sanksiyalar ləğv edilməyincə, ABŞ-la heç bir səviyyədə dialoq aparılmayacağı barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG