Accessibility links

Trampın Rusiyalı xakerləri Klintonun emaillərini axtarmağa çağırması qalmaqala səbəb olub [Video]


Trampın Rusiyalı xakerləri Klintonun emaillərini axtarmağa çağırması qalmaqala səbəb olub
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Partiya qurultaylarını geridə qoyan prezidentliyə Respublikaçı və Demokrat namizədlər noyabr ayında keçiriləcək seçkilərdə qalib gəlmək üzərində fikirlərini cəmləşdirirlər. Respublikaçı namizəd Donald Tramp qalmaqala səbəb olan çıxışlarını müdafiə etmək məcburiyyətində qalsa da bunun hələ başlanğıç olduğunu deyib. Onun rəqibi Demokrat namizəd Hillari Klinton isə rəqibinin Vladimir Putinə rəğbətini sual altına qoyur. Rusiyalı hakerlər Demokratların daxili kompyuterlərinə hücum ediblər. Hər iki namizəd kampaniyalarını işsizlikdən çox bir-birlərinə nifrətə yönəldiblər.

Fox News kanalında müsahibəsində Klinton Trampın kiber hücumlarına görə günahlandırılan Rusiyanın yanında durmasını tənqid edib.

Hillari Klinton: “Biz bilirik ki, Donald Tramp Putinə arxa durmağa, dəstəkləməyə can atıb. Buna NATO müttəfiqlərini işğal edənlərdən xilas etməyəcək deməsi, Rusiyanın Krım və Ukraynaya qarşı aqressiyasından sonra Birləşmiş Ştatlar və Avropanın Rusiya rəsmilərinə qarşı qoyduqları sanksiyaların qaldırılmasl kimi mövzularda çıxış etməsini misal gətirmək olar.”

Tramp bildirib ki, o Moskvanın Krım yarmadasını ilhaqını tanıya bilər. Corc Stefanopolusla müsahibəsində o bunun mümkün olduğunu deyib.

Donald Tramp: “Əgər biz Rusiya ilə yaxşı əlaqələrimiz olarsa, və əgər Rusiya bizə İŞİD-dən xilas olmağımıza kömək edərsə, mənim üçün bu, ciddi məsələdir. Düşünün, burada insan həyatı, böyük miqdarda pul və başqa şeylərdən söhbət gedir. Bu, müsbət haldır.”

Tramp həmçinin ABŞ qüvvələrində xidmət zamanı İraqda həlak olan müsəlman əsgərin atasının tənqidlərinə cavab verib.

Donald Tramp: “Siz onun xanımına diqqət etsəydiniz, o səhnədə dayanmışdı. Onun deyəcək bir sözü yoxdu. Ola bilsin ona birşey demək üçün icazə verilməyib.”

Əsgərin anası bu fikrə acıqla cavab verib.

Qazala Xan: “Mən kədər içindəydim və Amerika bunu hiss edirdi.”

Trampın fikirlərinə istinad edərək Klinton tərəfdarlarına deyib ki, onun rəqibi normal namizəd deyil.

Hillari Klinton: “Bir adam ki, hamıya hücum edir, onda nəsə çatışmır.”

Çox vaxt Klintonu “Əyri Hillari” adlandıran Tramp bildirib ki, kampaniyanın tonu artıq yaxşıya dorğu getmir.

Donal Tramp: “Bunu yadda saxlayın, artıq nəzakətli adam söhbəti qurtardı.”

Son sorğular göstərir ki, prezidentlik uğrunda mübarizə hər iki namizəd üçün kikfayət qədər yoxuşlu olacaq.

XS
SM
MD
LG