Accessibility links

Tramp bildirib ki, Rusiya ilə informasiya bölüşməyə "tam hüququ" var


ABŞ prezidenti Donald Tramp keçən həftə Ağ Evdə görüş zamanı Rusiya rəsmiləri ilə məxfi məlumatları bölüşmək kimi "tam hüququnu" müdafiə edib. Tramp bu açıqlamaları onun İŞİD-ə dair kəşfiyyat məlumatlarını bölüşdüyü haqda mediada verilmiş xəbərlərdən sonra verib.

Tvitter səhifəsində yazdığı mesajında Tramp bildirib ki, o, Oval kabinetdə Rusiya xarici işlər naziri Sergey Lavrov və Moskvanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüş zamanı "terrorizm və aviasiya təhlükəsizliyi ilə əlaqədar" bəzi faktları bölüşmək, eləcə də Rusiyanı İŞİD terrorçularına qarşı daha aktiv mübarizəyə çağırmaq istəyib.

Bu açıqlamalarla Tramp mediada xəbərlərin ardınca ona yönəlmiş tənqidlərə cavab verməyə çalışıb. Tramp açıqlamlarında bu kimi infomasiyanı bölüşməyə "tam hüququ" olduğunu bildirib.

ABŞ-ın The New York Times və Washington Post kimi aparıcı kütləvi informasiya vasitələri bazar ertəsi prezidentin Rusiya xarici işlər naziri Sergey Lavrov və səfir Sergey Kislyakla görüş zamanı olduqca məxfi informasiyanı açıqladığı haqda xəbər verib.

Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Makmaster və administrasiyanın digər nümayəndələri bu məlumatları təkzib edib.

ABŞ-ın bəzi qanunvericiləri prezidentin Rusiyanın rəsmi nümayəndələri ilə görüşlərinin protokolunu təqdim etməyə çağırıb. Senatda demokat azlığın lideri Çak Şumer bildirib ki, Ağ Ev Konqresin kəşfiyyat komitəsinə protolları təqdim etməlidir.

ABŞ prezidenti doğru hesab etdiyi zaman demək olan hər hansı məxfi məlumatı açıqlamaq səlahiyyətinə malikdir. Buna görə də Trampın etdiyi qeyri-qanuni hesab edilmir. Buna baxmayaraq, kəşfiyyat məsələləri üzrə ekspertlər hesab edir ki, ABŞ-ın tərəfdaşı olan hökumət tərəfindən təqdim edilən informasiyanın paylaşılması mühüm münasibətlərə mənfi təsir göstərə bilər.

XS
SM
MD
LG