Accessibility links

Ağ Ev: Rusiya ilə məlumatların bölüşülməsi tamamilə məqbuldur [Video]


Ağ Ev: Rusiya ilə məlumatların bölüşülməsi tamamilə məqbuldur
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Donald Trampın milli təhlükəsizlik müşaviri deyir ki, prezidentin ötən həftə keçirilən görüş zamanı Rusiya səfiri və xarici işlər naziri ilə həssas kəşfiyyat məlumatlar bölüşməsi “tamamilə məqbul” idi. O bu sözləri hər iki partiyanın hadisə ilə bağlı tənqidlər səsləndirməsindən sonra deyib.

Prezidentin Amerika xalqının təhlükəsizliyini artırmaq üçün lazım gördüyü hər bir informasiyanı bölüşməsi tamamilə məqbuldur.
H.R. MakMaster

Prezident Donald Trampın İslam Dövləti qrupunun terror planları ilə bağlı məxfi məlumatları Rusiya rəsmiləri ilə bölüşdüyünə dair xəbərlərdən sonra, Ağ Ev Tramp admisnitrasiyasına dəyən zərəri ortadan qaldırmağa çalışır.

Trampın bu məlumatları ötən həftə Ağ Evdə Rusiya xarici işlər naziri və səfiri ilə keçirilən görüş zamanı bölüşdüyü bildirilir.

Milli Təhlükəsizlik müşaviri H.R MakMaster Trampın bu məlumatları ruslarla bölüşdüyünü etiraf etsə də, məlumatların böyük əhəmiyyət daşımadığını deyib.

“O, hər kəsin açıq mənbələrdən öyrənə bilməyəcəyi heç bir məlumat bölüşməyib.”

MakMaster həmçinin bildirib ki, prezidentin bu məlumatları onlarla paylaşması tamamilə qanunauyğun idi.

“Prezidentin Amerika xalqının təhlükəsizliyini artırmaq üçün lazım gördüyü hər bir informasiyanı bölüşməsi tamamilə məqbuldur”, o deyib.

Amma MakMaster Trampın bu məlumatı onlara bilərəkdən verdiyini ya da söz arası səhvən söylədiyini açıqlamayıb.

Tramp da Tvitterdə milli təhlükəsizlik və ya humanitar səbəblərdən məlumat paylaşmaq “haqqına sahib” olduğunu deyib.

Lakin bu cavab konqresmənlərin bir çoxunu qane etmir.

“Əgər bunlar doğrudursa, bu o deməkdir ki, prezident bizim gizli müttəfiqlərimizi ortaya çıxara, düşmənlərimizi cəsarətləndirə, ordumuzu və kəşfiyyat işçilərimizi təhlükəyə ata, ölkəmizi isə daha böyük riskə ata bilər”, deyə Senatın demokrat lideri Çak Şumer bildirib.

Əgər bunlar doğrudursa, bu o deməkdir ki, prezident bizim gizli müttəfiqlərimizi ortaya çıxara, düşmənlərimizi cəsarətləndirə, ordumuzu və kəşfiyyat işçilərimizi təhlükəyə ata, ölkəmizi isə daha böyük riskə ata bilər
Çak Şumer

Bir başqa narahatlıq da odur ki, bundan sonra müttəfiqlər ABŞ-la daha az həssas məlumatlarla bölüşəcəklər.

“Əgər bu vəziyyətdə prezident kəşfiyyat xidmətləri göstərən üçüncü tərəfin ABŞ-a verdiyi məlumatları başqaları ilə bölüşməyə qərar veribsə, bu, ABŞ-ın kəşfiyyat xidmətləri verən tərəflərlə münasibətlərini çətinləşdirə bilər”, Kato İnstitutunun siyasi təhlilçisi Patrik Eddinton deyir.

Çərşənbə axşamı Trampın açıqladığı məlumatların mənbəyinin İsrail olduğuna dair xəbərlər yayıldı. Bu isə Trampın gələn həftə İsrail rəsmiləri ilə görüşünün naqolay keçməsinə səbəb ola bilər. Bu, Trampın vəzifəsinin icrasına başlayandan bəri ilk xarici səfəri olacaq.

İsrailə səfər yeni adminstrasiyanın imicini dəyişməyə yardım etmək məqsədi daşıyır. Amma indi yeni üzə çıxan bu qalmaqal Trampın səfərini kölgədə qoya bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG