Accessibility links

Prezident Tramp Rusiyaya qarşı sanksiya qərarını imzaladı [Video]


Prezident Tramp Rusiyaya qarşı sanksiya qərarını imzaladı
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Həm respublikaçılar, həm də demokratlar tərəfindən dəstəklənmiş yeni qanun İran, Şimali Koreya və Rusiyaya sanksiyaların tətbiqini nəzərdə tutur.

“Mən çox məmnunan ki, prezident Tramp Rusiya sanksiyaları qərarını imzaladı. Məncə, prezidentin başqa seçimi yox idi. Qanun, Konqres və Senatda böyük əksəriyyət tərəfindən qəbul edilmişdi.”

Ağ Ev mətbuat katibi deyib ki, prezident bu qərarı ölkədəki birlik maraqlarını nəzərə alaraq, imzalayıb.

“Biz hər üç ölkəyə qarşı sərt sanksiyaları dəstəklədiyimizi aydın ifadə etmişdik və bu mövqeyimiz dəyişməyib. Düşünürəm, bu, bugünkü bəyanatda ifadə edilir.”

Buna baxmayaraq, Tramp bildirib ki, qanunda amerikalıların maraqlarına yaxşı xidmət etməyəcək məqamlar var və qərar məqsədinə çatmaq əvəzinə, Rusiya ilə Şimali Koreyanı Çinə daha yaxın edəcək.

Milli Müdafiə Universitetinin professoru Piter Eltsov öncəki sanksiyaların Rusiya iqtsadiyyatının zəifləməsinə yardımçı olduğunu deyib.

“Rusiya iqtisadiyyatının gücləndiyini işarə edən heç nə yoxdur. 2000-ci illərin əvvəllərində Rusiyanın imkanı var idi. Həmin vaxtlar neft qiymətləri çox yüksək idi. Amma, Rusiya iqtisadiyyatının modernləşdirilməsi üçün üçün heç bir iş görülmədi.”

Eltsov deyir ki, yeni sanksiyalar vəziyyəti daha da ağırlaşdıra bilər. Amma bu, Rusiyanın Krımdan əl çəkməsinə, şərqi Ukraynaya müdaxiləsini dayandırmağa səbəb olmayacaq.

Rusiyanın BMT-dəki səfiri də çərşənbə günü Nyu Yorkda eyni şeyi deyib.

“Bu qanun layihəsini hazırlayanlar, bizim siyasətimizi dəyişə biləcəklərini düşünürlər. Amma yanılırlar və bunu tarix dəfələrlə sübut edib. Onlar çox yaxşı bilməlidirlər ki, biz diz çökmürük, biz sınmırıq.”

Moskvanın elçisi bildirib ki, onun ölkəsi incimiş uşaq kimi reaksiya verməyəcək və beynəlxalq icmanın maraqlarını nəzərə alaraq, ABŞ-la əməkdaşlıq etməyə davam edəcək. Amma Eltsov deyir ki, Rusiya hal-hazırda müvafiq cavab addımlarını atılmasını nəzərdən keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG