Accessibility links

Tramp: Rusiyada yəqin Moskvanın seçkilərə müdaxiləsi ilə bağlı təhqiqata gülürlər


ABŞ prezidenti Donald Tramp deyib ki, Rusiya rəsmiləri keçən il Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatların aktivləşdirilməsinə görə yəqin ki Birləşmiş Ştatlara gülürlər. Tramp Rusiyanın müdaxiləsi ilə bağlı təhqiqatları demokratların Ağ Ev uğrunda mübarizədə məğlubiyyəti ilə bağlı "bəhanəsi" adlandırır.

Tvitter səhifəsində yazdığı mesajında Tramp bildirib ki, onun qələbəsinə kömək məqsədilə Trampın kampaniyasının müşairləri və Rusiya rəsmiləri arasında əlaqələrə dair təhqiqatla bağlı xəbərlər "saxta xəbərlərin" ("Fake News"-Tramp ABŞ-ın kütləvi informasiya vasitələrinə qoyduğu ad)əsas mövzusuna çevrilib.

Trampa məğlub olmuş ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton məğlubiyyətində müəyyən dərəcədə Rusiyanın müdaxiləsini günahlandırıb.
Lakin Tramp Ədliyyə nazirliyinin onun müşavirlrinin həqiqətən də Rusiya ilə qeyri-qanuni danışıqlar apardığı məsələsinin araşdırılması üçün xüsusi prokuror təyin etməsinə baxmayaraq, təhqiqatlara etinasız münasibət göstərməyə davam edir. Konqresin bir neçə heyəti məsələ ilə bağlı təhqiqat aparır.

ABŞ prezidenti Donald Tramp və Ağ Evin baş müşaviri Cared Kuşner
ABŞ prezidenti Donald Tramp və Ağ Evin baş müşaviri Cared Kuşner

Son günlər əsas diqqət Trampın Ağ Evin baş müşaviri olan kürəkəni Cared Kuşnerin inaqurasiyadan bir neçə həftə əvvəl Rusiya rəsmiləri ilə gizli kommunikasiya kanalının yaradılması təklifinə dair mediada verilmiş məlumtlara yönəlib.

ABŞ-ın bəzi media qurumlarının verdiyi məlumata görə, Cared Kuşner dekabr ayənda Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüş zamanı Moskvadakı rəsmilərlə gizli kommunikasiya kanalının yaradılmasına çalışıb.

ABŞ prezidenti Donald Tramp, Ağ Evin keçmiş milli təhlükəsizlik məsələləri üsrə müşavir Maykl Flinn, Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi
ABŞ prezidenti Donald Tramp, Ağ Evin keçmiş milli təhlükəsizlik məsələləri üsrə müşavir Maykl Flinn, Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi

Ağ Ev eyni zamanda, Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Kominin Konqresin komitəsi qarşısında verəcəyi ifadələri gözləyir. ABŞ mediasında verilən məlumatlara əsasən, Komini vəzifəsindən azad etməmişdən əvvəl Tramp ondan keçmiş milli təhlükəsizlik məsələləri üsrə müşavir Maykl Flinlə bağlı təhqiqata xitam verməsini istəyib.

Tramp kampaniyasının Rusiya ilə əlaqələrinə dair iddiaları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG