Accessibility links

Tramp: Rusiya təhqiqatı nüfuzunu sürətlə itirir


ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, onun 2016-cı il prezident kampaniyası və Rusiya arasında təhqiqat “nüfuzunu sürətlə itirir”.

Twitter səhifəsində yazdığı dörd mesajda Tramp xüsusi prokuror Robert Müllerin Moskvanın seçkilərə müdaxiləsi və onun bir il bundan əvvəl Müllerdən əvvəl Rusiya təhqiqatına rəhbərlik etmiş Federal Təhqiqat Bürosunun direktoru Ceyms Komini vəzifədən kənarlaşdırdığı zaman ədalətin qarşısını almasının mümkünlüyü ilə bağlı təhqiqatını tənqid edib.

“Doğrudandamı bu ifritə ovu bundan sonra da demokratların fikirləşdiyi kimi ara seçkilərə təsir göstərərək davam edəcək? Respublikaçılar nə qədər gec deyil daha qətiyyətli və müdrik davranmalıdır”, Tramp birinci Twitter mesajında yazıb.

O biri mesajında isə o yazıb: “Bu, böyük biabirçılıqdır. Ölkəmiz öz işlərinə qayıtmalıdır!”

Tramp qeyd edib ki, respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının Kəşfiyyat komitəsi “ Rusiya ilə heç bir əlaqənin, ya da koordinasiyanın, nə də ki heç bir şeyin olmadığını aşkar edib”.

“İndi isə təhqiqatı aparan komanda başqa nə isə axtarmaq haqda qərar verir. Saxta, qondarma cinayətlə bağlı ədalətə mane olmaq necədir? Heç bir maneə olmayıb. Buna mübarizə etmək deyilir.”

Prezident Twitter səhifəsində həmçinin yazıb ki, “Rusiya təhqiqatına görə məsuliyyət daşıyan 13 qəzəbli demokrat başa düşməyə başlayıb ki, bizim insanları ədalətsizlikdən qoruyan ədliyyə sistemimiz var”. “Məhkəmələrin sizin gizli maraqlarınızın toqquşmasını aşkar etməsini gözləyin”, Tramp yazıb.

ABŞ prezidentinin sonuncu mesajı Trampın bir neçə ay seçki kampaniyasının rəhbəri olmuş Pol Manafortun işi üzrə keçən həftənin cümə günü dinləmələrə aiddir. Müller Manaforta qarşı onun seçki kampaniyasından çox əvvəl Ukraynanın xeyrinə lobbiçilik fəaliyyəti ilə məşğul olduğu zaman bank və vergi fırıldaqçılığı ilə bağlı ittihamlar irəli sürüb.

Xüsusi prokuror Robert Müller
Xüsusi prokuror Robert Müller

Tramp dəfələrlə Müllerin komandasındakı prokurorların Demokrat partiyasına rəğbət bəslədiyi ilə bağlı narazılığını bildirib. Lakin Ədliyyə nazirliyi prokurorların siyasi baxışlarına əsasən təyin edilməsini qadağan edir. Müllerin komandasında korrupsiya araşdırmaları ilə bağlı böyük təcrübəyə malik prokurorlar var.

Müller Trampın böyük münsiflər məhkəməsi qarşısında and içərək ifadə verməsi üçün ona məhkəməyə çağırış göndərməklə hədələyib. Lakin Trampın yeni vəkili, Nyu York şəhərinin keçmiş meri Rudi Culiani bazar günü bildirib ki, Tramp çağırışa məhəl qoymaya və suallara cavab verməyə məcbur edilsə, özünə qarşı şahidlik etməmək haqda konstitusiya hüququndan istifadə edə bilər.

Prezidentin ifadə verməyə məcbur edilməsi məsələsi ilə bağlı qərarı ABŞ Ali Məhkəməsi çıxara bilər.


Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG