Accessibility links

Tramp Rusiya təhqiqatı hesabatının tezliklə açıqlanacağı xəbərinə reaksiya verib


ABŞ prezidenti Donald Tramp deyir ki, xüsusi prokurorun Rusiya təhqiqatı ilə bağlı hesabatının nə zaman və necə açıqlanacağı baş prokurordan asılı olacaq.

Xüsusi prokuror Robert Müllerin təhqiqatının nəticələrinin növbəti həftə təqdim edilə biləcəyi ilə bağlı CNN-nin yaydığı məlumatdan sonra Tramp çərşənbə günü Oval Ofisdə çıxış edərək, bu xəbərlərə reaksiya verib.

ABŞ prezidenti Donald Tramp: “Bu, tam olaraq baş prokurordan asılı olacaq. O, ölkəsini sevən, bu ölkəyə və ədliyyə sisteminə hörmət edən möhtəşəm insandır.”

Xüsusi prokurorun təhqiqatı nəticəsində indiyədək hökm oxunan və ya təqsirlərini etiraf edən Trampın 2016 prezident seçkiləri kampaniyası əməkdaşlarının sayı 6 nəfərdir. Bütövlükdə 34 nəfər və 3 şirkət təhqiqat çərçivəsində ittihamlarla üzləşib.

Buna baxmayaraq, təhqiqat Trampın hər hansı müşavirinin seçkilərin nəticələrinə təsir etmək məqsədilə Rusiya rəsmiləri ilə əlaqədə olması ilə bağlı heç bir məlumat ictimailəşdirməyib.

XS
SM
MD
LG